• $
  • €
  • ₽
  • ₺
  • £

Beynəlxalq axtarışda olan şəxs Monteneqrodan Azərbaycana ekstradisiya olunur

Beynəlxalq axtarışda olan şəxs Monteneqrodan Azərbaycana ekstradisiya olunur
14.07.2026 18:39

Baş Prokurorluğun Monteneqro Respublikasının Ədliyyə Nazirliyinə ünvanladığı sorğu və beynəlxalq prosedurlara uyğun tələb olunan sənədlərin təqdim edilməsindən sonra aparılmış danışıqlar nəticəsində Azərbaycan Respublikasının vətəndaşı Hüseynov Tuqay Coşqun oğlunun ölkəmizə ekstradisiyası ilə bağlı razılıq əldə olunub.Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsində istintaqı aparılan cinayət işi üzrə Tuqay Hüseynov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməli törətməkdə təqsirləndirilir.

İttihama əsasən, o, zərərçəkmiş şəxsi xarici ölkələrdə yerləşən universitetlərin magistratura pilləsinə qəbul olunmasına köməklik göstərəcəyi vədi ilə aldadaraq etibardan sui-istifadə etmə və aldatma yolu ilə ümumilikdə 150 min avro məbləğində pul vəsaitini ələ keçirməkdə şübhəli bilinir.

Cinayət işi üzrə toplanmış sübutlar əsasında Tuqay Hüseynov barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul olunub, onun istintaqdan yayındığı nəzərə alınaraq Bakı şəhərində İnterpolun Milli Mərkəzi Bürosu vasitəsilə beynəlxalq axtarışa verilib.

Həyata keçirilmiş beynəlxalq əməliyyat-axtarış tədbirləri nəticəsində Tuqay Hüseynov Monteneqro Respublikasının ərazisində müəyyən edilərək saxlanılmışdır.

Hazırda onun təhvil verilməsi istiqamətində Azərbaycanın Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən müvafiq tədbirlər həyata keçirilir.

Baş Prokurorluq beynəlxalq axtarışda olan şəxslərin xarici dövlətlərin ərazisində müəyyən edilərək saxlanılması və onların Azərbaycan Respublikasına ekstradisiyasının təmin edilməsi məqsədilə xarici tərəfdaş qurumlar, o cümlədən İnterpol ilə səmərəli əməkdaşlığını davam etdirir.

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol