• $
  • €
  • ₽
  • ₺
  • £

Nuşirəvan Məhərrəmlidən yenə tənqid gəldi

Nuşirəvan Məhərrəmlidən yenə tənqid gəldi
30.11.2013 11:28

Milli Televiziya və Radio Şurası (MTRŞ) Azərbaycan telekanallarında şit, bayağı verlişlərin hələ də yayımından narahatdır. Trend-in məlumatına görə, bu barədə MTRŞ sədri Nuşirəvan Məhərrəmli bildirib.

N.Məhərrəmlinin sözlərinə görə, Şura arzulayır ki, Azərbaycan teleməkanında belə verilişlər olmasın: "Amma Teleşura televizya kanallarının yaradıcılıq işlərinə müdaxilə etmək səlahiyyətində deyil. Biz tövsiyələr edirik, amma kanallar özəl qurumlardır, onlar kommersiya fəaliyyəti ilə məşğuldurlar. Ona görə də bəzən onu əsas gətirərək, bu işləri görürlər. Biz daim çalışırıq ki, televizya kanalları bütün fəaliyyətlərini kommersiya maraqlarına uyğun qurmasınlar. Onlar təkcə kommersiya qurumu deyil, eyni zamanda ictimaiyyət qarşısında məsuliyyəti olan bir qurumdur. Ona görə də onlar bütün verilişlərdə xalqın, dövlətin mənafeyini hər şeydən uca tutmalıdırlar. Doğrudur, kommersiya da lazımdır. Amma o kommersiya daha yüksək keyfiyyətli verilişlər əsasında olarsa, biz çox məmnun olardıq".

MTRŞ hesab edir ki, Azərbaycanda efir hamı tərəfindən eyni formada qəbul olunmur: "Tutaq ki, gənclər efirdə fərqli musiqini eşitmək istəyir, yaşlı nəsil fərqli musiqi eşitmək istəyir. Yəni bütün bunları balanslaşdırmaq televizya kanallarından yüksək peşəkarlıq tələb edir. Çox təəssüf ki, o peşəkarlıq yoxdur. Çox təəssüf ki, aparıcılarla bağlı bizim problemlərimiz qalır. Aparıcıların yüksək peşəkarlığı, geniş dünya görüşünə malik olmaları, səhnə mədəniyyəti, Azərbaycan ədəbi dil qaydalarına riayət etmələri və digər bu kimi məsələlərlə bağlı narahatlıq qalır".

ANN.Az

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol