• $
  • €
  • ₽
  • ₺
  • £

“Avtoş”lara zərbə: 1000 manat cərimə, 2 aylıq həbs - YENİ QAYDA

“Avtoş”lara zərbə: 1000 manat cərimə, 2 aylıq həbs - YENİ QAYDA
30.11.2013 09:48

Milli Məclis avtoxuliqanlara qarşı cərimələri sərtləşdirməyi qərara alıb. Modern.az saytının xəbərinə görə, parlament bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər etməyə hazırlaşır. Milli Məclisin plenar iclasnın gündəliynə təklif edilmiş yeni dəyişikliyə görə, avtoxuliqanlara qarşı cərimələrin miqdarı kəskin artırılıb və onların hüquqi məsuliyyəti müəyyən edilib.

Bu məqsədlə Qanunun 296-1 maddəsi olan “Avtoxuliqanlıq” maddəsinin 296-1.1 bəndinə müvafiq dəyişiklik təklif olunub.

Bu dəyişikliyə görə, avtoxuliqanlıq, yəni nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkəranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif usullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətə görə, nəqliyyat vasitələrini idarə etmə hüququ 1 il müddətinə məhdudlaşdırmaqla 500 manatdan 750 manatadək cərimə ediləcək. Və ya nəqliyyat vasitələrini idarə etmə hüququ 1 il müddətinə məhdudlaşdırmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla 15 gündən 1 ayadək inzibati həbs tətbiq olunacaq.

Əgər eyni hərəkətlər il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilərsə, avtomobil idarə etmə hüququ 2 il məhdudlaşdırlmaqla 750 manatdan 1000 manatadək miqdarda cərimə olunacaq. Yaxud avtomobil idarə etmə hüququ 2 il məhdudlaşdırlmaqla 1 aydan 2 ayadək müddətə inzibati həbs tətbiq olunacaq.

Qanuna təklif edilmiş dəyişiklik Milli Məclisin dekabrın 3-də keçiirləcək plenar iclasının gündəliyinə daxil edilib.

ANN.Az

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol