• $
  • €
  • ₽
  • ₺
  • £

Ali Məhkəmə mənzillərin sahəsi ilə bağlı mübahisələrə aydınlıq gətirib

Ali Məhkəmə mənzillərin sahəsi ilə bağlı mübahisələrə aydınlıq gətirib
17.07.2026 10:18

Mənzilin dövlət reyestrində göstərilən sahəsinin alqı-satqı müqaviləsindəki göstəricidən az olması tikinti şirkətinin müqaviləni pozması demək deyil, Azərbaycan Ali Məhkəməsi bildirib.


Məhkəmənin verdiyi məlumata görə, mübahisələr ilk növbədə tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən həll edilməlidir.


Müqavilədə sahənin hesablama qaydası göstərilməyibsə, mənzilin faktiki işçi sahəsinin razılaşdırılmış ölçüyə uyğunluğu yerində ölçmə yolu ilə müəyyən edilməlidir. Faktiki sahə müqavilədə göstəriləndən az olarsa, bu, şirkətin öhdəliyi qüsurlu icra etməsi kimi qiymətləndirilə bilər.


Ali Məhkəmə bildirib ki, dövlət reyestrində balkon, terras və bəzi açıq sahələr ümumi sahəyə 0,3 azaltma əmsalı ilə daxil edilir. Buna görə çıxarışdakı sahə müqavilədəki göstəricidən az ola bilər.
Mənzildə sahə çatışmazlığı təsdiqlənərsə, alıcı çatışmayan hissənin dəyərini mübahisəyə baxıldığı dövrdəki bazar qiymətləri əsasında tələb edə bilər.


Belə tələblər üzrə beşillik iddia müddəti tətbiq olunur və müddət mənzilin fiziki təhvil verildiyi gündən hesablanır.

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol