• $
  • €
  • ₽
  • ₺
  • £

Təbrizlə Şuşanı birləşdirən maraqlı tarix

Təbrizlə Şuşanı birləşdirən maraqlı tarix
29.11.2013 19:32

Azərbaycanın Şuşa və Təbriz şəhərləri ilə bağlı maraqlı məlumat əldə etmişik. 

Gunxeber.com-un Avropa mənbələrindən əldə etdiyi məlumata görə, Azərbaycanın qədim şəhəri olan Təbrizin lap əvvəlki adı Şuşa olub.

Qeyd edək ki, bu barədə Avstriya Elmlər Akademiyasının tarixçisi, Johannes Preiser-Kapeller adlı tədqiqatçı özünün orta əsrlər Təbrizinə aid araşdırma məqalələrində yazıb.  Johannes Preiser-Kapeller həmin məqaləsində  1286-1331-ci illərdə yaşamış fransız səyyahı Odoricus de Portu Naonisa istinadən Təbrizin qədim adının Şuşa olduğunu bildirib.

Belə bir faktın olduğunu hazırda ABŞ-da elmi tədqiqat aparan Azərbaycan alimlərindən biri də təsdiqləyib və bu məsələni geniş şəkildə araşdıracağını bildirib.

 

Təbriz adına gəlincə, bu barədə mütəxəssislər indiyədək yekdil qərara gələ bilməyiblər. Bəzi tarixçilər Təbriz adının Tarui sözündən götürüldüyünü və bunun qədim türk dilində ikiqat qala mənasını verdiyini deyirlər. Tədqiqatçılar qeyd edirlər ki, bu ikiqat qala müasir Təbriz şəhərinin yerində olub.

Onu da qeyd edək ki, Şuşa şəhərinin ilk məhəllələrindən biri Təbrizli məhəlləsidir. Bu məhəllənin sakinləri Təbrizdən Bayat qalasına, ordan Şahbulağa, ordan isə Şuşa şəhərinə gəliblər.

Bu barədə tarixçi Mirzə Camal Qarabağinin əsərlərində tarixi faktlar var.

ANN.Az

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol