• $
  • €
  • ₽
  • ₺
  • £

Bəzi yerlərə leysan yağıb - faktiki hava açıqlanıb

Bəzi yerlərə leysan yağıb - faktiki hava açıqlanıb
20.07.2026 10:03

Azərbaycan ərazisinin əksər rayonlarında yağıntılı hava şəraiti müşahidə olunur, arabir şimşək çaxır. Yağıntılar ayrı-ayrı yerlərdə intensiv leysan xarakterlidir. Bu barədə Milli Hidrometeorologiya Xidmətinin iyulun 20-si saat 9:00-a olan məlumatında qeyd olunub.

Bildirilib ki, düşən yağıntının miqdarı Şəkidə 38 (aylıq normanın 63 %-i), Mingəçevirdə 34 (aylıq normanın 171 %-i), Zaqatalada 24 (aylıq normanın 31 %-i), Goranboyda 18 (aylıq normanın 77 %-i), Qrız, Qubada 13 (aylıq normanın 44 %-i), Qusarda 12 (aylıq normanın 40 %-i), Qəbələdə 10, Ağstafa, Gədəbəydə 7, Xaçmaz, Gəncə, Qaxda (Sarıbaş) 6, Oğuzda 5, Xaltanda 4, Daşkəsəndə 3, Tovuz, Şabran, Göygöl, Yevlaxda 2, Naftalan, Şəmkir, Balakən, Şamaxı, Xızı, Bərdə, Kürdəmir, Şahbuz, Laçın, Qubadlı, Şuşa, Xankəndidə 1 mm-dir.

İyulun 19-da Kəlbəcər rayonunun İstisu qəsəbəsinə saat 21:03-21:07 radələrində diametri 8-12 mm olan dolu düşüb.

Bəzi yerlərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında, eyni zamanda Mingəçevirdə 21, Neftçala, Zaqatala, Şəkidə 20 m/s-yə çatır.

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol