• $
  • €
  • ₽
  • ₺
  • £

Quşların dilini bilən insanla MÜSAHİBƏ

Quşların dilini bilən insanla MÜSAHİBƏ
29.11.2013 16:26

Bura nə zooparkdır nə də quşların xüsusi saxlanıldığı yer. Bura evdir. APA TV-nin çəkiliş apardığı bu evdə 10-dan artıq növə aid 100-dən çox quş saxlanılır.

 

Natiq Hacıyev öz evində müxtəlif rəngli, müxtəlif cinsdən olan tutuquşuları saxlayır. Tanışları arasında da quşbaz kimi tanınan Natiq 15 yaşından quşlara maraq göstərir. O zaman yalnız bir neçə quş saxlayan Natiq sonralar, necə deyərlər, təsərrüfatını genişləndirir.

 

Müsahibimiz quşları qazanc məqsədi ilə yox, maraq üçün saxladığını deyir. O, quşları satışa çıxarmır, yalnız dostlarına hədiyyə kimi verir. Çox vaxt isə özü açıb qəfəsdən buraxır. Natiq indi quşları üçün ayrıca otaq da hazırlayıb.

 

Natiq Hacıyev quşlardan həvəslə danışır: "Elə vaxt olub ki, quşları evdə saxlamışıq. 2-3 il bizimlə bir evdə ailə kimi yaşayıblar. Quşlar çox ağıllı canlıdır. Evdə özlərinin ayrıca yeri var idi, gedib yatırdı. Səhər olanda isə gəlib bizi yuxudan oyadırdı ki, yemək verək".

 

Gün ərzində quşlara 4-5 saat vaxt sərf etdiyini deyən Natiq mövsümdən asılı olaraq onların yerini dəyişir. Qış aylarında quşların xəstələnməməsi üçün müxtəlif meyvə və tərəvəzlərdən şirə çəkib onlara içirdir.  O, bütün həyatını bu quşlara bağlayıb. Xəstələnəndə qayğısına qalır, quşları tələf olanda isə kədərlənir. Amma quşları qəfəsdə görmək istəmədiyini də deyir. Bunun üçün bağında kiçik guşə yaratmaq fikrindədir. O, quşlarının kifayət qədər bahalı olduğunu söyləyir. "Razillanın bir cütünün qiyməti təxminən min manatdır. Korilla 300 manatdır. Əgər həvəs varsa, bundan istifadə etmək lazımdır. Nə qədər çox olsa, o qədər yaxşıdır".

 

Psixoloqların fikrincə, ev heyvanları insanların əsəblərini sakitləşdirir. İnsana ən çox müsbət enerji verən canlılar isə balıqlar və quşlar hesab olunur. Bunu Natiq də təsdiqləyir. Onun sözlərinə görə, ən çətin vaxtında belə, quşlarla vaxt keçirəndə əhvalı yaxşılaşır.

 

"Yorulanda gəlib dincəlirsən, elə onların səsləri nəyə desən dəyər".

 

Natiq Hacıyev bu quşları saxlamaq üçün ayda 200 manata qədər xərci çıxır. Amma o  bəzi tanışlarının quşbazlığa yaxşı baxmadığını da gizlətmir. Çoxu ona ciddi işlə məşğul olmağı məsləhət görür. Lakin Natiq bu həvəsini davam etməkdə israrlıdır. Özünün dediyi kimi, məqsədi quş saxlamaqda ad çıxarmaqdır. 

ANN.Az

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol