• $
  • €
  • ₽
  • ₺
  • £

Peşə təhsilində beynəlxalq sertifikatlar və dual təhsil imkanları genişləndirilir – İlqar Bayramlı

Peşə təhsilində beynəlxalq sertifikatlar və dual təhsil imkanları genişləndirilir – İlqar Bayramlı
23.07.2026 11:04

Azərbaycanda peşə təhsilinin keyfiyyətinin artırılması məqsədilə beynəlxalq sertifikatlaşdırma, dual təhsil və işəgötürənlərlə əməkdaşlıq imkanları genişləndirilir. Bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı tələbə qəbulu ilə bağlı keçirilən brifinqdə bildirib.


Bayramlının sözlərinə görə, Code Academy, Baku Design Academy, IMZA Group və KVET Əlavə Təhsil Mərkəzi ilə əməkdaşlıq çərçivəsində beynəlxalq sertifikat proqramları həyata keçirilir. Cari ildə yeddi ixtisas üzrə – interyer dizaynı, kibertəhlükəsizlik, veb-dizayn və proqram təminatçılığı, qrafik dizayn, informasiya texnologiyaları üzrə texniki dəstək, mühasibat uçotu və elektrik qaz qaynaqçılığı sahələrində tələbələrə beynəlxalq sertifikat əldə etmək imkanı yaradılıb.


O bildirib ki, regionların inkişafı qəbul siyasətinin əsas prioritetlərindən biridir. Qəbul planının 66%-i regionlarda yerləşən peşə təhsili müəssisələrinin, 34%-i isə Bakı şəhərinin payına düşür.


Direktorun sözlərinə görə, dual peşə təhsili modeli də genişləndirilir. Bu il 57 ixtisas üzrə 2 560 tələbənin dual təhsil proqramına qəbulu planlaşdırılır. Proqram 150-dən çox işəgötürənlə əməkdaşlıq əsasında həyata keçiriləcək.


Bayramlı əlavə edib ki, peşə təhsilində inklüzivliyin və gender balansının gücləndirilməsi istiqamətində də irəliləyiş əldə olunub. Belə ki, qadınların peşə təhsilində iştirak payı 2022-ci ildəki 32%-dən 2025-ci ildə 40%-ə yüksəlib.

Gülnar Nazimqızı

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol