• $
  • €
  • ₽
  • ₺
  • £

Azercell süni intellekt sahəsində qlobal tərəfdaşlıqlarını genişləndirir

Azercell süni intellekt sahəsində qlobal tərəfdaşlıqlarını genişləndirir
23.07.2026 17:16

Şirkət data və süni intellekt platformaları üzrə dünya liderlərindən biri olan “Starburst” ilə əməkdaşlıq edir 

Uzunmüddətli rəqəmsal transformasiya strategiyasını ardıcıl şəkildə həyata keçirən “Azercell Telecom” MMC süni intellekt sahəsində imkanlarını genişləndirmək məqsədilə aparıcı qlobal texnologiya şirkətləri ilə əməkdaşlığını davam etdirir. Bu istiqamətdə şirkət data və süni intellekt platformaları üzrə dünya liderlərindən biri olan “Starburst” ilə əməkdaşlıq edir.  Təşəbbüs Azercell-də müasir, süni intellekt əsaslı data ekosisteminin inkişafını sürətləndirərək innovasiyaların daha çevik tətbiqinə və məlumatlara əsaslanan qərarvermənin gücləndirilməsinə xidmət edir.

Bu əməkdaşlıq çərçivəsində Azercell korporativ məlumatların idarə olunmasına yeni yanaşma tətbiq edərək şirkət daxilində vahid data mühiti formalaşdırıb. Platforma əməkdaşlara məlumatları daha səmərəli təhlil etməyə, süni intellekt əsaslı həllər hazırlamağa və innovativ həllər üçün çevik texnoloji baza yaratmağa imkan verir.

Vahid data mühiti biznes və texnologiya komandaları arasında əməkdaşlığı gücləndirir, etibarlı məlumatlara çıxışı asanlaşdırır və analitik prosesləri sürətləndirir. Nəticədə məlumatlara əsaslanan qərarların qəbulu daha operativ olur, əməliyyat səmərəliliyi artır. Platforma eyni zamanda süni intellekt həllərinin müxtəlif biznes proseslərinə və müştəriyönümlü xidmətlərə inteqrasiyasını dəstəkləyir.

Qeyd edək ki, “Starburst” ilə tərəfdaşlıq Azercell-in qlobal texnologiya şirkətləri ilə əməkdaşlığının genişləndirilməsi və süni intellekt sahəsində imkanlarının inkişafı istiqamətində həyata keçirdiyi ardıcıl təşəbbüslərdən biridir. Son illər ərzində şirkət Azərbaycanın rəqəmsal ekosisteminin aparıcı qüvvələrindən biri kimi mövqeyini daha da möhkəmləndirib.

Layihənin uğurlu icrası “Starburst” tərəfindən qlobal uğur hekayəsi kimi təqdim olunub. Bununla Azercell-in müasir data platformasının qurulması və süni intellekt sahəsində həyata keçirdiyi transformasiya təşəbbüsləri beynəlxalq texnologiya ictimaiyyətinə təqdim edilib.

 

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol