• $
  • €
  • ₽
  • ₺
  • £

FHN-dən həftəsonu üçün xəbərdarlıq: temperatur 41 dərəcəyə çatacaq

FHN-dən həftəsonu üçün xəbərdarlıq: temperatur 41 dərəcəyə çatacaq
24.07.2026 10:34

Fövqəladə Hallar Nazirliyi (FHN) həftəsonu gözlənilən isti hava şəraiti ilə əlaqədar əhaliyə yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etməyə çağırıb.

Nazirliyin məlumatına görə, Milli Hidrometeorologiya Xidmətinin proqnozuna əsasən, qarşıdan gələn şənbə və bazar günləri ölkə ərazisində havanın temperaturu yüksələcək, bəzi yerlərdə 41 dərəcəyədək isti müşahidə olunacaq.

FHN bildirib ki, yüksək temperatur açıq ərazilərdə, xüsusilə meşə massivləri və əkin sahələrində yanğın riskini artırır. Eyni zamanda, kondisioner və digər elektrik cihazlarından istifadənin çoxalması elektrik şəbəkəsinin yüklənməsinə və qısaqapanma nəticəsində yanğınların baş verməsinə səbəb ola bilər.

Nazirlik vətəndaşlara evlərdə və iş yerlərində elektrik şəbəkəsini həddindən artıq yükləməməyi, elektrik avadanlıqlarının texniki vəziyyətini yoxlamağı, aşkar olunan nasazlıqları vaxtında aradan qaldırmağı tövsiyə edib.

Bundan başqa, əkin sahələrində, xırmanlarda, ot tayaları olan ərazilərdə açıq oddan istifadə edilməməsi, siqaret çəkilməməsi, yaşayış və təsərrüfat sahələrinin quru ot və tullantılardan təmizlənməsi tövsiyə olunub.

FHN meşəlik ərazilərdə istirahət edən vətəndaşlara da müraciət edərək tonqalın yalnız xüsusi ayrılmış yerlərdə qalanmasını, ətrafının quru ot və yanar materiallardan təmizlənməsini, tonqalın nəzarətsiz buraxılmamasını və ərazi tərk olunarkən tam söndürülməsini xatırladıb. Nazirlik küləkli havada tonqal qalanmasının qadağan olunduğunu da vurğulayıb.

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol