• $
  • €
  • ₽
  • ₺
  • £

Binədə iki avtobus toqquşdu: 22 nəfər xəstəxanaya yerləşdirildi

Binədə iki avtobus toqquşdu: 22 nəfər xəstəxanaya yerləşdirildi
24.07.2026 10:59

Bakının Xəzər rayonu, Binə qəsəbəsində iki sərnişin avtobusunun toqquşması nəticəsində 22 nəfər müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.

160 nömrəli marşrut xətti üzrə hərəkət edən "ISUZU" markalı avtobusla qəsəbə ərazisində "Hyundai" markalı avtobus toqquşub.

TƏBİB-in məlumatına əsasən, qəza nəticəsində 13 nəfər (7 kişi, 6 qadın) Sabunçu Tibb Mərkəzinə, 9 kişi isə Kliniki Tibbi Mərkəzə hospitalizasiya edilib.

Kliniki Tibbi Mərkəzə çatdırılan şəxslərə bədənin müxtəlif nahiyələrinin müştərək travmaları diaqnozu qoyulub. Onlara zəruri tibbi yardım göstərilib və vəziyyətləri stabil olduğundan müalicələri Təcili tibbi yardım şöbəsində davam etdirilir.

Sabunçu Tibb Mərkəzində isə yaralılara baş, bədən və ətrafların travmaları, eləcə də sınıqlar diaqnozu ilə tibbi yardım göstərilib.

Yaralılardan 1972-ci il təvəllüdlü bir qadının vəziyyəti orta ağır qiymətləndirilir və onun müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Digər 12 nəfərin vəziyyəti qənaətbəxş olduğundan ambulator müalicə üçün evə buraxılıb.

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol