• $
  • €
  • ₽
  • ₺
  • £

"İdrak" liseyində müəllimin güllələnməsi işi üzrə məhkəmə qapalı keçiriləcək

"İdrak" liseyində müəllimin güllələnməsi işi üzrə məhkəmə qapalı keçiriləcək
24.07.2026 11:55

Bakıda yerləşən "İdrak" liseyində müəllimi güllələməkdə təqsirləndirilən şagirdin cinayət işi üzrə məhkəmə prosesinin qismən qapalı keçirilməsi barədə qərar qəbul edilib. Bu barədə report məlumat yayıb. 

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən iclasda qərar həm zərərçəkmiş, həm də müdafiə tərəfinin vəsatəti əsasında verilib.

Zərərçəkmiş tərəf vəsatətini sosial şəbəkələrdə işlə bağlı yayılan paylaşımlar və mənfi şərhlərlə əsaslandırıb.

Təqsirləndirilən şəxsin vəkili Rəşad Mirmehdizadə isə bildirib ki, prosesdə azyaşlı şahidlər ifadə verəcəklər. Onun sözlərinə görə, məhkəmə ilə bağlı xəbərlərin yayılmasından sonra sosial şəbəkələrdə təqsirləndirilən şəxsin və ailəsinin ünvanına təhqiramiz rəylər yazılır. Bu səbəbdən prosesin qapalı keçirilməsi xahiş olunub.

Məhkəmə vəsatəti təmin edərək prosesin qismən qapalı keçirilməsi barədə qərar çıxarıb. Qərarda qeyd olunub ki, ədalət mühakiməsinin təmin edilməsi və iştirakçıların sərbəst ifadə verməsi məqsədilə iclasın bir hissəsi qapalı keçiriləcək.

Hazırda qapalı iclasda tərəflərin dindirilməsi davam edir.

Hadisə 2026-cı il fevralın 6-da Binəqədi rayonunda yerləşən özəl "İdrak" liseyində baş verib. Baş Prokurorluğun məlumatına görə, şagird odlu silahdan atəş açaraq müəllimə xəsarət yetirib. Hadisədən sonra şübhəli şəxs saxlanılıb və fevralın 7-də barəsində dörd aylıq həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29 və 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd) maddələri ilə yekun ittiham irəli sürülüb.

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol