• $
  • €
  • ₽
  • ₺
  • £

Satmaq öhdəliyi ilə kirayəyə verilən 12 mənzil vətəndaşların mülkiyyətinə keçib

Satmaq öhdəliyi ilə kirayəyə verilən 12 mənzil vətəndaşların mülkiyyətinə keçib
24.07.2026 12:54

İpoteka və Kredit Zəmanət Fondunun satmaq öhdəliyi ilə kirayəyə verdiyi 12 mənzil üzrə vətəndaşlar ödənişlərini tam başa çatdıraraq mülkiyyət hüququ əldə ediblər.

Bunu Fondun Kirayə mənzil departamentinin direktor müavini Aslan Zeynalov bildirib.

Onun sözlərinə görə, kirayə müqavilələri minimum 3 il, maksimum 25 il müddətinə bağlanır və öhdəliklərini tam yerinə yetirən vətəndaşlar sonda mənzilin sahibi olurlar.

"12 kirayə müqaviləsi üzrə vətəndaşlar öhdəliklərini tam yerinə yetirərək mənzillərinin mülkiyyət hüququnu əldə edib", – deyə Aslan Zeynalov bildirib.

O qeyd edib ki, təqdim olunan mənzillər tam təmirli vəziyyətdə olur, sanitar qovşaqları, kombi sistemi, eləcə də işıq, qaz və su sayğacları ilə təmin edilir. Vətəndaşlar yalnız müqavilə bağlayaraq məişət avadanlıqlarını gətirməklə mənzildə yaşamağa başlaya bilirlər.

Fond rəsmisi vurğulayıb ki, mexanizmin əsas üstünlüklərindən biri aylıq ödənişlərin müqavilə müddəti ərzində dəyişməməsidir.

"Müqavilə bağlanarkən müəyyən edilən aylıq ödəniş məbləği 25 ilə qədər olan bütün müddət ərzində dəyişmir. Daşınmaz əmlak və kirayə bazarında baş verən qiymət artımları bu mexanizm üzrə ödənişlərə təsir göstərmir", – deyə o əlavə edib.

Aslan Zeynalov xatırladıb ki, satmaq öhdəliyi ilə kirayə mexanizmi Prezidentin 25 yanvar 2019-cu il tarixli fərmanı ilə yaradılıb və 2020-ci ilin martından tətbiq olunur. Onun sözlərinə görə, indiyədək 9 546 kirayə müqaviləsi üzrə vətəndaşlara mənzillər təqdim edilib. Müqavilə üzrə bütün ödənişlər tam yerinə yetirildikdən sonra mənzilin mülkiyyət hüququ vətəndaşa keçir.

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol