• $
  • €
  • ₽
  • ₺
  • £

BDYPİ sürücülərə isti hava ilə bağlı xəbərdarlıq edib

BDYPİ sürücülərə isti hava ilə bağlı xəbərdarlıq edib
25.07.2026 10:19

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) iyulun 25-29-da ölkə ərazisində gözlənilən isti hava şəraiti ilə əlaqədar sürücüləri diqqətli olmağa və səhhətlərini, eləcə də nəqliyyat vasitələrinin texniki vəziyyətini nəzərə alaraq hərəkət etməyə çağırıb.

BDYPİ-dən bildirilib ki, yüksək temperatur sürücülərdə diqqətin azalmasına, tez yorulmaya, reaksiya müddətinin uzanmasına və səhhətdə qəfil narahatlıqların yaranmasına səbəb ola bilər. Bu amillər yol-nəqliyyat hadisələrinin başvermə riskini artırır.

İdarə xüsusilə yaşlı sürücülərə, ürək-damar, arterial təzyiq, şəkərli diabet və digər xroniki xəstəlikləri olan şəxslərə günün ən isti saatlarında zərurət olmadıqda səfərə çıxmamağı tövsiyə edib.

Digər sürücülərə isə avtomobillərin texniki sazlığını, xüsusilə soyutma və əyləc sistemlərini, təkərləri və kondisioneri əvvəlcədən yoxlamaq, uzun səfərlər zamanı mütəmadi fasilələr vermək, halsızlıq, başgicəllənmə və ya yuxululuq hiss etdikdə hərəkəti dayandırmaq, sürət həddinə riayət etmək, riskli manevrlərdən çəkinmək, azyaşlı uşaqları avtomobildə nəzarətsiz saxlamamaq və günəş altında qalmış nəqliyyat vasitəsini hərəkətə başlamazdan əvvəl havalandırmaq tövsiyə olunub.

BDYPİ sürücüləri səfərlərini imkan daxilində günün daha sərin saatlarına planlaşdırmağa, yol hərəkəti qaydalarına əməl etməyə və özlərinin, eləcə də digər hərəkət iştirakçılarının həyatını təhlükə altına sala biləcək davranışlardan çəkinməyə çağırıb. 

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol