• $
  • €
  • ₽
  • ₺
  • £

Qazaxda ilk dəfə avarçəkmə tədbiri təşkil olunub

Qazaxda ilk dəfə avarçəkmə tədbiri təşkil olunub
26.07.2026 23:00

İyulun 24-də Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı əsasında 2026-cı il üçün Azərbaycanın idman paytaxtı seçilən Qazaxda avarçəkmə tədbiri keçirilib. 

Heydər Əliyev Parkının ərazisində yerləşən su hövzəsində təşkil olunan tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev, idarənin əməkdaşları, Azərbaycan Su İdman Növləri Federasiyasının idmançı və məşqçi heyəti ilə yanaşı, rayon sakinləri, Qazax Rayon İcra Hakimiyyəti yanında Gənclərin Yerli Məşvərət Şurasının sədri Pəri İbrahimova, şura üzvləri, könüllülər, KİV nümayəndələri iştirak ediblər.

Tədbir zamanı Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov iştirakçıları salamlayaraq təşkilatçılara təşəkkürünü bildirib.

Daha sonra kayak və kanoe qayıqlarında nümunəvi çıxışlar baş tutub. Ardınca su idman növlərinə maraq göstərən yerli sakinlərə peşəkar məşqçilər tərəfindən həvəskarlar üçün nəzərdə tutulmuş kayak qayığının idarə edilməsi yönündə təlimlər keçilib. Onlara avarçəkmə idmanında özünü sınamaq imkanı yaradılıb. Tədbir yerli ictimaiyyət tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, federasiya su idman növlərinin ölkəmizdə coğrafiyasının genişləndirilməsi və daha çox kütləyə çatdırılması üçün bu cür tədbirlərin müxtəlif bölgələrdə mütəmadi keçirilməsini planlaşdırıb

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol