• $
  • €
  • ₽
  • ₺
  • £

Biləcəridə yol yenidən çöküb, yeni kollektorun tikintisi planlaşdırılır

Biləcəridə yol yenidən çöküb, yeni kollektorun tikintisi planlaşdırılır
26.07.2026 21:00

Binəqədi rayonunun Biləcəri qəsəbəsində, Asəf Zeynallı küçəsində yol yenidən çöküb və nəticədə hərəkət məhdudlaşıb.


İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti bildirib ki, ərazidə istismar müddətini başa vurmuş, diametri 1000 millimetr olan tullantı su kollektorunun bir neçə hissəsində çökmələr qeydə alınıb. Qurumun məlumatına görə, təhlükəsizlik tədbirləri görülüb və mövcud kollektorun əvəzinə 750 metr uzunluğunda yeni xəttin tikintisi üzrə layihə hazırlanıb. Müvafiq icazələr alındıqdan sonra tikintiyə yaxın günlərdə başlanılması planlaşdırılır.


Mayın 7-də də eyni ərazidə yolun çökməsi baş vermiş, problem qısa müddətdə aradan qaldırılmışdı. Lakin sonradan yaxınlıqdakı hissədə yenidən çökmə qeydə alınıb.
Sakinlər və sürücülər bildirirlər ki, problem təxminən üç aydır həll olunmayıb. Yolun bir hissəsinin bağlanması səbəbindən sürücülər qarşı hərəkət zolağından istifadə etməyə məcbur olur ki, bu da xüsusilə pik saatlarda tıxaclara səbəb olur.


Sürücülərdən biri axşam saatlarında ərazidə uzun növbələrin yarandığını bildirib, digərləri isə yolun qəsəbəyə aparan əsas marşrutlardan biri olduğunu və mövcud vəziyyətin gündəlik hərəkəti çətinləşdirdiyini deyiblər.

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol