• $
  • €
  • ₽
  • ₺
  • £

Fransada meşə yanğınları: daha 55 min nəfər təxliyə edilib

Fransada meşə yanğınları: daha 55 min nəfər təxliyə edilib
27.07.2026 10:35

Fransada genişmiqyaslı meşə yanğınları səbəbindən daha altı yaşayış məntəqəsindən 55 min nəfər təxliyə edilib.

Fransanın daxili işlər naziri Loran Nunyes bildirib ki, bölgədə vəziyyət "çox əlverişsiz" olaraq qalır və yanğın "xaotik şəkildə Bordoya doğru irəliləyir".

Son bir həftə ərzində Fransa və İspaniya başda olmaqla bir sıra Avropa ölkələrində baş verən meşə yanğınları nəticəsində ümumilikdə 330 mindən çox insan təhlükəsiz ərazilərə köçürülüb.

Ən ağır vəziyyət Fransada qeydə alınıb. Burada alov 42 min hektar ərazini məhv edib ki, bu da İkinci Dünya Müharibəsindən bəri ölkədə baş vermiş ən böyük meşə yanğınlarından biri hesab olunur.

Rəsmi məlumatlara görə, ilin əvvəlindən Fransada ümumilikdə 98 min hektar ərazi yanıb. Quru hava şəraiti, bitki örtüyünün quruması və güclü külək yanğının sürətlə yayılmasına səbəb olub. Alovun təsiri nəticəsində İspaniyaya gedən A63 avtomobil yolunun 60 kilometrlik hissəsi bağlanıb.

İspaniyada da yanğınlar genişlənməkdə davam edir. Madrid və Avila ətrafındakı ərazilərdən 90 mindən çox sakin təxliyə olunub. Hakimiyyət orqanları, həmçinin Toledo yaxınlığındakı azı səkkiz yaşayış məntəqəsinin boşaldılması barədə göstəriş verib.

Madrid Muxtar İcmasının rəhbəri İzabel Dias Ayuso hadisəni "regionun tarixindəki ən dəhşətli yanğın" adlandırıb. İspaniyanın Baş naziri Pedro Sançes isə qarşıdakı günlərin "çətin keçəcəyini" bildirib.

Bu arada, şənbə gecəsi Valensiya yaxınlığında yeni yanğın ocağı yaranıb. Yerli hakimiyyət orqanları yanğın nəticəsində bir nəfərin öldüyünü təsdiqləyib.

Gülnar Nazimqızı 

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol