Güclü külək Bakıda 7 ağacı aşırıb

Dünəndən müşahidə olunan güclü külək nəticəsində Bakıda 7 ağac aşıb, 22 ağac budağı sınıb. Bu barədə Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfat Birliyi məlumat yayıb.
Məlumata görə, güclü küləyin yaratdığı fəsadların aradan qaldırılması məqsədilə qurumun briqadaları operativ tədbirlər həyata keçirib.
Bildirilib ki, aşmış ağacların götürülməsi və sınmış budaqların budanması işləri qısa müddətdə təmin olunub.
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























