• $
  • €
  • ₽
  • ₺
  • £

DYP küləkli hava ilə bağlı sürücülərə və piyadalara xəbərdarlıq edib

DYP küləkli hava ilə bağlı sürücülərə və piyadalara xəbərdarlıq edib
27.07.2026 11:59

Baş Dövlət Yol Polisi İdarəsi (BDYP) ölkə ərazisində müşahidə olunan küləkli hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına xəbərdarlıq edib.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, hazırda Bakıda və Abşeron yarımadasında, eləcə də bir sıra bölgələrdə küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq qüvvədədir.

Qurum əlverişsiz hava şəraitinin yollarda yarada biləcəyi təhlükələri nəzərə alaraq sürücüləri və piyadaları yol hərəkəti qaydalarına ciddi əməl etməyə çağırıb.

Xəbərdarlıqda bildirilib ki, qoşqulu, tentli və uzunölçülü yük avtomobillərinin sürücüləri daha diqqətli olmalı, daşınan yükün etibarlı şəkildə qablaşdırılmasına xüsusi nəzarət etməlidirlər.

BDYP həmçinin sürücülərə nəqliyyat vasitələrini aşma və ya sürüşmə riski olan obyektlərin yaxınlığında saxlamamağı, imkan daxilində qapalı dayanacaqlardan istifadə etməyi tövsiyə edib.

Qeyd olunub ki, açıq ərazilərdə küləyin yaratdığı toz dumanı səbəbindən görünüş məsafəsi məhdudlaşdığından sürücülər sürət həddini və ara məsafəsini nəzarətdə saxlamalı, ötmə və manevr zamanı xüsusilə ehtiyatlı davranmalıdırlar.

İdarə piyadalara da hava şəraitini düzgün qiymətləndirməyi və yollarda özlərinin, eləcə də digər hərəkət iştirakçılarının həyat və sağlamlığını təhlükə altına atan davranışlardan çəkinməyi tövsiyə edib.

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol