• $
  • €
  • ₽
  • ₺
  • £

Toplum TV işi üzrə hökm oxunub

Toplum TV işi üzrə hökm oxunub
27.07.2026 17:31

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Toplum TV işi üzrə hökm oxunub.

Prokuror Akif Qurbanov və Ruslan İzzətli barəsində 15 il, Ələsgər Məmmədli və Əli Zeynal barəsində 14 il, Ramil Babayev, İlkin Əmrahov və Müşfiq Cabbar barəsində 13 il, Fərid İsmayılov 12 il və Elmir Abbasov barəsində isə 11 il 11ay 28 gün müddətinə azadlıqdan məhrum edilib.

Elmir Abbasovun vəkili Elçin Sadıqov bildirir ki, qərar ilə bağlı Apellyasiya şikayəti veriləcək.

"Ümumilikdə məhkəmənin qərarını ədalətsiz qəbul edirəm. Bizim müdafiə tərəfinin qaldırdığı heç bir vəsatət  təmin olunmayıb və birtərəfli aparılıb. Ona görə biz mütləq bu hökmlə bağlı apellyasiya şikayəti verəcəyik",- o vurğulayıb .

Ötən il martın 6-da "Toplum TV"  yerləşdiyi ofisdə və daha bir neçə ünvanda Daxili İşlər Nazirliyi tərəfindən əməliyyat keçirilib.

"Toplum TV"nin həmtəsisçiləri Akif Qurbanov, Ələsgər Əhmədoğlu (Məmmədli), əməkdaşları və III Respublika Platformasının qurucu üzvü Ruslan İzzətli barəsində həbs qətimkan tədbiri seçilib. Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi açılıb.

Daha sonra iş üzrə təqsirləndirilən şəxslərə qarşı əlavə olaraq ittihamlar (Cinayət Məcəlləsinin 162-1.1, 192.3.2, 193-1.3.1, 193-1.3.2, 206.4, 213.2.1 maddələri ilə) irəli sürülüb.

Aytac Zeynalova

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol