• $
  • €
  • ₽
  • ₺
  • £

Sərnişindaşımada təhlükəsizlik nəzarəti gücləndirilir

Sərnişindaşımada təhlükəsizlik nəzarəti gücləndirilir
29.11.2013 13:25
Bakıda sərnişin avtobuslarının iştirakı ilə xəsarət və ölümlə nəticələnən yol-nəqliyyat hadisələri baş verəcəyi təqdirdə, operatorlara (daşıyıcılar) qarşı marşrut xəttindən çıxarmağadək ən sərt tədbirlər görüləcək. Bu barədə cümə günü Trend-ə Nəqliyyat Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Namiq Həsənov deyib.Onun sözlərinə görə, sərnişindaşımanın keyfiyyətini artırmaq və bədbəxt hadisələrin qarşısını almaq məqsədilə Bakıda təqribən 172 avtobus marşrutunda işləyən daşıyıcıların sayı 32-dək azaldılıb: "Onlardan 19-u hüquqi, 13-ü isə fiziki şəxsdir".N.Həsənov qeyd edib ki, aparılmış işlər nəticəsində daşıyıcıların sayı xeyli azaldılıb, marşrutlarda yalnız sərnişinlərin rahat və təhlükəsiz daşınmasını təmin etmək iqtidarında olanlar qalıb:"Sərnişindaşımanın təhlükəsizliyini təmin etmək sahəsində kobud pozuntular qeyd alınacağı, yaxud xəsarət və ölüm halları ilə nəticələnən bədbəxt hadisələr baş verəcəyi təqdirdə, daşıyıcılara qarşı ən sərt tədbirlər tətbiq ediləcək".Onun sözlərinə görə, yaxın vaxtlarda marşrut operatorları olan sahibkarlarla növbəti görüş keçiriləcək: "Görüş sərnişinlərin daşınması zamanı təhlükəsizlik tədbirlərinin təmin edilməsi, habelə avtobuslarda sanitar-gigiyena qaydalarına riayət edilməsi ilə əlaqədar təşkil olunacaq".ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol