• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda ən çox yayılan xərçəng xəstəliyi növü hansıdır?

Azərbaycanda ən çox yayılan xərçəng xəstəliyi növü hansıdır?
29.11.2013 13:12
Azərbaycanda kişilər arasında ən çox ağciyər, qadınlarda isə süd vəzisi xərçənginə rast gəlinir.APA-nın xəbərinə görə, bunu Azərbaycan Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov jurnalistlərə açıqlamasında deyib. Rektor qeyd edib ki, bəzi bədxassəli şişlərə əsasən cavanlarda rast gəlinir. Bunlara sümük, yumşaq toxuma sarkomalarının daxil olduğunu deyən Ə. Əmiraslanov bildirib ki, bəzi xəstəliklərə isə yaşı 60-dan yuxarı olan insanlarda rast gəlinir: “Bu sahədə yalnız cavanlaşmadan danışmaq düzgün deyil. Bu xəstəliyə praktiki olaraq hər yaşda, hətta uşaqlarda da rast gəlinir. Faiz nisbətini götürdükdə isə görərik ki, bu, əsasən yaşlı insanların xəstəliyidir”. Xərçəng xəstəliyindən əziyyət çəkən insanların dərmanla təminatı barədə danışan Ə.Əmiraslanovun sözlərinə görə, dərman çatışmazlığı məsələsi tam həll olunub: “Bunların hamısı son dərəcə maliyyə tutumlu xəstəliklərdir. 90-cı ilin əvvəllərində elə olurdu ki, xəstəyə dərman yazdığımız halda onu apteklərdə baha qiymətə almaq məcburiyyətində qalırdı. Hətta buna görə gedib əmlakını da satırdılar. Lakin son 5 ildir ki, onkoloji şiş əleyhinə preparatların alınması, onkoloji dərmanları təchizatı ilə bağlı dövlət büdcəsində də müəyyən vəsait ayrılır. Artıq gələn ili üçün dövlət büdcəsi təsdiq edilib və burada da onkoloji xəstələrin dərmanla təchizatı üçün 40 milyondan yuxarı maliyyə vəsaiti ayrılıb. Mərkəzləşdirilmiş qaydada xəstələr tam pulsuz dərmanla təchiz olunurlar. Ola bilər ki, haradasa müəyyən səhvə yol verilir. Yenə də məsələdə insan faktoru rol oynaya bilər. Bəlkə də kimsə məsələdə sui-istifadə hallarına yol verir. Amma bu sahəyə sahəyə çox ciddi nəzarət var. Dövlət tərəfindən ayrılan 40 milyondan çox vəsait bütün dərmanların alınması üçün bəs edir”.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol