• $
  • €
  • ₽
  • ₺
  • £

ASCO-nun sərnişin daşımaları ilk yarımildə 3,4 % artıb

ASCO-nun sərnişin daşımaları ilk yarımildə 3,4 % artıb
28.07.2026 15:51

Bu ilin yanvar–iyununda "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC (ASCO) 13 219 sərnişin daşıyıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,4 % çoxdur.

ASCO-nun yaydığı məlumata görə, 2025-ci ilin ilk yarısında bu göstərici 12 783 nəfər təşkil edib.

Hesabat dövründə ən yüksək sərnişin daşınması iyun ayında qeydə alınıb. Həmin ay 2 944 nəfər daşınıb. Bu isə ötən ilin eyni ayı ilə müqayisədə 25,6 % artım deməkdir.

İlin ilk altı ayında Ələt–Kurık və Kurık–Ələt marşrutları üzrə ümumilikdə 8 497 sərnişin daşınıb. Onlardan 4 658 nəfəri Ələt–Kurık, 3 839 nəfəri isə Kurık–Ələt istiqamətində səfər edib.

Eyni dövrdə Ələt–Türkmənbaşı və Türkmənbaşı–Ələt marşrutları üzrə isə 4 722 sərnişin daşınıb. Bu marşrut üzrə 2 692 nəfər Ələt–Türkmənbaşı, 2 030 nəfər isə Türkmənbaşı–Ələt istiqamətində səyahət edib.

ASCO Xəzər dənizi üzərindən Azərbaycanı Qazaxıstanın Kurık və Türkmənistanın Türkmənbaşı limanları ilə birləşdirən bərə və sərnişin daşımalarını həyata keçirir. Bu marşrutlar Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) tərkib hissəsi olmaqla yanaşı, sərnişin və yük daşımalarında mühüm rol oynayır.

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol