• $
  • €
  • ₽
  • ₺
  • £

“NİDA” üzvləri Milli Şuranı sərt tənqid edən bəyanat yaydı

“NİDA” üzvləri Milli Şuranı sərt tənqid edən bəyanat yaydı
29.11.2013 12:46
“NİDA” Vətəndaş Hərəkatının Milli Şurada təmsil olunan üzvləri - Üzeyir Məmmədli, Rəşad Həsənov və Rəşadət Axundov qurumdakı gələcək fəaliyyətləri ilə bağlı bəyanat yayıblar.“NİDA” Vətəndaş Hərəkatından APA-ya verilən məlumata görə, hərəkatın Milli Şuradakı üzvlərinin yaydığı bəyanatda bildirilir ki, qurumun formalaşdırılmasından bu günə qədər olan fəaliyyətində bir çox səhvlərə yol verilib: “İndi bu səhvləri bir-bir sadalamağa ehtiyac yoxdur, bizi bundan sonra baş verəcək hadisələr maraqlandırır. Rəsul Quliyev kimi Milli Şuraya hər gün zərbə vuran şəxs hələ də üzvlükdə qalır. Bu problem elə ilk sessiyada həll olunmalıdır. Eləcə də Milli Şura yaradılarkən gənclərə, xüsusilə təmsil olunduğumuz NİDA Vətəndaş Hərəkatına çox az yer ayrılıb. Baxmayaraq ki, seçki prosesində də fəal iştirak etməyən, ciddi elektoratı olmayan bəzi qurumlara daha çox yer ayrılıb. Hesab edirik ki, NİDA da Milli Şurada təmsil olunan digər qurumlar qədər üzv sayına malik olmalıdır. Biz hərəkatın Milli Şurada fəaliyyətini ancaq bu formada görürük”. NİDA üzvləri hesab edir ki, Milli Şuranın bugünkü strukturu bu modelin uğursuz olduğunu hər gün sübut edir.NİDA-çılar Milli Şurada həmsədrlik institutuna ehtiyac olmadığını və qurumun sədri kimi Cəmil Həsənlini gördüklərini bəyan ediblər.  ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol