• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda avtoralli zamanı itkin düşən azyaşlı qızlar tapıldı

Bakıda avtoralli zamanı itkin düşən azyaşlı qızlar tapıldı
29.11.2013 12:34

Evdən qaçan 12 və 17 yaşlı qızlar “Bulvar” yaxınlığından tapılıb.

Noyabrın 23-də Bakıda avtoralli yarışını izləmək adı ilə evdən çıxan 12 yaşlı Leyla Məmmədova və onların qonşusu 17 yaşlı Qönçə evə qayıtmayıblar.

Bir neçə gündür təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirən Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsi nəhayət dünən axşam saatlarında onları tapıb:

Bununla bağlı Gün.Az-a açıqlama verən Leylanın atası Müşfiq Məmmədov bildirib ki, onları Sahil metrosunun yaxınlığından tapıblar:

“Hazırda qızım prokurorun yanındadır. Hadisə ilə bağlı onunla ətraflı söhbət edirlər. Bildiyim odur ki, qızımı özündən 5 yaş böyük olan Qönçə yoldan çıxardıb. Qönçənin atası da, anası da ölüb. Onu da indi bibisinə təhvil veriblər. Polislər onları tapandan yanlarında başqaları da olub. Amma polislər onların kim olduğunu mənə demədilər” - deyə, M.Məmmədov söyləyib.

Evdən qaçdıqları 6 gün ərzində Leylanın ona tez-tez anonim nömrələrdən zəng etdiyini deyən M.Məmmədov, bu 6 gündə onların internet klublarında gecələdiklərini bildirib:

“Bu neçə gündə mənə anonim nömrədən zəng edib “gəlirəm, gəlirəm” deyirdi, amma məni aldadıb gəlmirdi. İndi öyrəndim ki, Qönçənin telefonu ilə zəng edirmiş.

Onların evdən qaçmalarına hər hansı oğlan söhbəti, ya da qaçırılma məsələsi səbəb olmayıb.

Sadəcə gedib əylənmək istəyiblər. Uşaqdır da, sözə aldanıb qaçıb gedib. Onları tapanda sağlam vəziyyətdə olublar. Üzərlərində ətirdən başqa heç nə olmayıb”.

Qızının məktəbdə yaxşı oxuduğunu deyən M.Məmmədov, hər zaman nəzarətinin Leylanın üzərində olduğunu sözlərinə əlavə edib:

“Məktəbdən heç vaxt onun barəsində şikayət olmayıb. Evdə də hansısa zorakılıq olmayıb. Onunla hər zaman yaxşı davranmışam. Qızım indi psixoloji olaraq gərginlik keçirir. Düşünürəm ki, ona psixoloji yardım olunsa yaxşı olar.

Mən özüm “moyka”da işləyirəm. Ayda 300-350 manat qazancım var. Evi normal dolandırmışam. Qızımın da dolanışıqdan şikayəti olmayıb.

Qızımın evdən qaçmasından keçmiş yoldaşımın xəbəri olmayıb. Ana nənəsi bilirdi, o da ona deməmişdi. Neçə gündə bu məsələyə görə də məni axtarmayıb”.

ANN.Az

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol