Səlim Müslümovdan daha bir qovulma əmri

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov daha bir rayonun şöbə müdirini vəzifədən kənarlaşdırıb.
AzNews.az-ın məlumatına görə, dünən yeni nazir daha bir şəxsin vəzifədən kənarlaşdırılması barədə əmr imzalayıb. Bu dəfə vəzifəsini itirən şəxs Abşeron rayon Sosial Müdafiə Mərkəzinin direktor müavini Elxan Süleymanov olub.
Məlumata görə, nazir rayon şöbələrindəki vəziyyətin yoxlanılması üçün tapşırıqlar verib. Əksər rayonlarda ciddi nöqsanlar aşkarlanıb. Buna görə də, nazirliyin əksər rayon şöbələrinin rəhbərlərinin dəyişdiriləcəyi gözlənilir.
Bir neçə gün öncə də 3 rayonun şöbə müdirləri vəzifəsindən uzaqlaşdırılmışdı. Kənarlaşdırılanlar nazirliyin Nizami rayon şöbəsinin müdiri Musa Ağamalıyev, Nəsimi rayon şöbəsinin müdiri Natiq Heydərov və Xətai rayon şöbə müdiri Cavanşir İsgəndərov idi.
ANN.Az
























