• $
  • €
  • ₽
  • ₺
  • £

TikToker Müjgan Məmmədzadə 10 sutkalıq inzibati həbs edilib

TikToker Müjgan Məmmədzadə 10 sutkalıq inzibati həbs edilib
30.07.2026 17:25

Sosial şəbəkələrdə "Müjgan" adı ilə tanınan bloger Müjgan Məmmədzadə cəmiyyətə açıq hörmətsizlik və ictimai mənəviyyata zidd hərəkətlərdə təqsirli bilinərək 10 sutka müddətinə inzibati həbs edilib.

Daxili İşlər Nazirliyinin məlumatına görə, 1992-ci il təvəllüdlü Müjgan Əziz qızı Məmmədzadə Sabunçu rayonu ərazisində polis əməkdaşları tərəfindən saxlanılıb.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsi ilə protokol tərtib olunaraq məhkəməyə göndərilib. Həmin maddə internet informasiya ehtiyatlarında və ya informasiya-kommunikasiya şəbəkələrində kütləvi nümayiş etdirilən, ictimai mənəviyyatı təhqir edən və cəmiyyətə açıq hörmətsizlik ifadə edən hərəkətlərə görə məsuliyyət nəzərdə tutur.

Rayon məhkəməsinin qərarı ilə Müjgan Məmmədzadəyə 10 sutka inzibati həbs cəzası verilib.

 

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol