• $
  • €
  • ₽
  • ₺
  • £

Sabah bu ərazilərdə işıq olmayacaq

Sabah bu ərazilərdə işıq olmayacaq
31.07.2026 00:04

Sabah Bakının bəzi ərazilərində və İsmayıllı rayonunun bir sıra kəndlərində planlı təmir-təftiş işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyətlər tətbiq olunacaq. Bu barədə "Azərişıq" ASC məlumat yayıb.

Məlumata görə, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin xidmət ərazisində saat 10:00-dan 13:00-dək İnşaatçılar və Nəriman Nərimanov prospektinin bir hissəsində elektrik enerjisinin verilişi dayandırılacaq.

Nərimanov Rayon Enerji Təchizatı və Satışı İdarəsinin ərazisində isə saat 09:00-dan 13:00-dək Məmməd Araz, Ağasadıq Gəraybəyli, Əbdülvahab Salamzadə, Mirzəbala Məmmədzadə, Əlicabbar Orucəliyev və Tarzən Hacı Məmmədov küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Suraxanı rayonunun Əmircan qəsəbəsində İlqar Məmmədov və Səttar Bəhlulzadə küçələrində planlı fasilə saat 10:00-dan 15:00-dək davam edəcək.

İsmayıllı Elektrik Şəbəkəsinin ərazisində 110 kV-luq "İsmayıllı" hava xəttində aparılacaq təmir işləri ilə əlaqədar isə saat 05:00-dan 09:00-dək Qubaxəlilli, Gəraybəyli, Eyubbəyli, Xəlilli, Küllülü və Kəlbənd kəndlərinin bəzi hissələri gərginliksiz qalacaq.

"Azərişıq"-dan bildirilib ki, təmir işləri başa çatdıqdan sonra qeyd olunan ərazilərin elektrik təchizatı bərpa olunacaq və istehlakçılar daha keyfiyyətli, dayanıqlı elektrik enerjisi ilə təmin ediləcəklər. 

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol