• $
  • €
  • ₽
  • ₺
  • £

Cəbiş müəllimin ailəsi "Rabitəbank"ın reklamına etiraz edir: icazə alınmayıb

Cəbiş müəllimin ailəsi "Rabitəbank"ın reklamına etiraz edir: icazə alınmayıb
31.07.2026 12:27

Süni intellekt vasitəsilə hazırlanmış reklam çarxında "Bizim Cəbiş müəllim" filminin məşhur obrazından istifadə olunması müəllif hüquqları ilə bağlı müzakirələrə səbəb olub.

"Rabitəbank"ın hazırladığı reklam çarxında Cəbiş müəllim obrazı kredit məhsulunu təqdim edir. Bildirilir ki, reklamın hazırlanması zamanı müəllif hüquqları ilə bağlı məsələlər nəzərə alınmayıb.

Cəbiş müəllim obrazını canlandıran Xalq artisti Süleyman Ələsgərovun qızı Sevil Ələsgərova "Bizim.media"ya açıqlamasında reklamın hazırlanması üçün ailədən hər hansı razılıq alınmadığını bildirib.

"Atamın yaratdığı Cəbiş müəllim obrazı illərdir insanların yaddaşında yaşayır. Belə bir obrazın kommersiya məqsədilə reklama çevrilməsi məni məyus etdi. Bu, təkcə müəllif hüquqları məsələsi deyil, həm də sənətkara və onun yaratdığı irsə münasibətdir", - o qeyd edib.

Onun sözlərinə görə, bu cür hallarda müəlliflərin və ya onların hüquqi varislərinin razılığı alınmalı, milli-mədəni irsə daha həssas yanaşılmalıdır.

"Bizim Cəbiş müəllim" 1969-cu ildə çəkilmiş və Azərbaycan kinosunun klassik nümunələrindən biri hesab olunur. Müharibə-dram janrında ekranlaşdırılan filmin rejissoru Həsən Seyidbəyli, ssenari müəllifi isə Maqsud İbrahimbəyovdur. Filmdə Cəbiş müəllim obrazı Xalq artisti Süleyman Ələsgərov tərəfindən canlandırılıb və Azərbaycan kino tarixinin ən yaddaqalan obrazlarından biri kimi tanınır.

Müəllif hüquqları ilə bağlı qanunvericiliyə əsasən, müəllif əsərlərindən və onların elementlərindən, o cümlədən tanınmış obrazlardan kommersiya məqsədilə istifadə hallarında hüquq sahibinin və ya onun hüquqi varislərinin razılığı tələb oluna bilər. Bu məsələ ilə bağlı "Rabitəbank"ın mövqeyi hələlik açıqlanmayıb.

Gülnar Nazimqızı 

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol