• $
  • €
  • ₽
  • ₺
  • £

Elçibəyin təsis etdiyi orden niyə heç kimə verilmir?

Elçibəyin təsis etdiyi orden niyə heç kimə verilmir?
29.11.2013 09:45

Azərbaycanın ali hərbi ordeni olan “Şah İsmayıl”ın təsis olunmsından 20 il keçir

Azərbaycanın ali ordenlərindən biri uzun illərdir ki, heç bir təltif siyahısında yer almır. Modern.az-ın apardığı araşdırmaya görə, ölkənin ali hərbi ordeni statusunda olan “Şah İsmayıl” ordeni ilə indiyə qədər kimin təltif olunması qaranlıq qalır.

“Şah İsmayıl” ordeni  1993-cü ildə prezident Əbülfəz Elçibəyin fərmanı ilə təsis edilib. 1993-cü il dekabrın 6-da Milli Məclis “Şah İsmayıl” ordeninin statusunu və təsvirini təsdiq edib. Orden özünün statusuna görə çox yüksəkdir. Azərbaycanın ali hərbi ordeni olan “Şah İsmayıl” ordeni ilə Silahlı Qüvvələrin ali zabitləri, hərbi hissələrin və birləşmələrinin komandirləri təltif edilməlidir.

Orden ordunun təşkilində və möhkəmləndiriməsində xüsusi sidmətlərinə görə, görkəmli sərkərdəlik fəaliyyətinə görə, fövqaladə halların nəticələrini aradan qaldırmasında xüsusi xidmətlərinə görə verilir. “Şah İsmayıl” ordeninin taxılma statusu onun ali mükafat olduğnu bir daha subut edir. Belə ki, Milli Məclisin təsdiqlədiyi “Ordenlərin taxılması qaydaları haqqında” sənədə görə, “Şah İsmayıl” ordeni “İstiqlal” ordenindən sonra taxılır. Bu, “Heydər Əliyev” ordenindən sonra 3-cü ordendir. 

“Şah ismayıl” ordeni düzgün səkkizgüşəli ulduz şəklindədir və gümüşdəndir. Ulduzun mərkəzində üzü qızıl suyuna salınmış lövhə fonunda Şah İsmayılın əksi profildən təsvir edilib. Arxa tərəfdə “Şah İsmayıl” yazılıb. Ondan aşağıda ordenini nömrəsi həkk edilib.

İnternetdə bununla bağlı apardığımız axtarış heç bir nəticə vermədi. Bütün səylərimizə rəğmən, son 15 ilin heç bir rəsmi sərəncam və fərmanlarında “Şah İsmayıl” ordeni ilə təltif edilmiş şəxsin adını tapa bilmədik. Belə görünür bu orden hələ öz sahibini tapmayıb.  

Azərbaycan hökmdarı olan Şah İsmayıl Səfəvilər dövlətinin banisi və ilk şahı olub. Azərbaycan türkcəsi tarixdə ilk dəfə dövlət dili kimi Şah İsmayıl Xətai zamanında istifadə olunub.

ANN.Az

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol