• $
  • €
  • ₽
  • ₺
  • £

Təhsil Tələbə Krediti Fonduna payız semestri üzrə müraciətlər avqustun 3-də başlayacaq

Təhsil Tələbə Krediti Fonduna payız semestri üzrə müraciətlər avqustun 3-də başlayacaq
02.08.2026 14:15

Təhsil Tələbə Krediti Fondu (TTKF) 2026–2027-ci tədris ilinin payız semestri üzrə təhsil tələbə kreditləri üçün müraciətlərin avqustun 3-dən etibarən qəbuluna başlayacaq.

Fondun məlumatına görə, müraciətlər e-ttkf.edu.az portalı vasitəsilə qəbul ediləcək.

Müraciət hüququ 2026–2027-ci tədris ili üzrə magistratura səviyyəsinə yeni qəbul olunmuş tələbələrə, eləcə də ali, orta ixtisas və peşə təhsili müəssisələrinin ikinci və daha yuxarı kurslarında təhsil alan tələbələrə şamil edilir. Bakalavriat səviyyəsinə yeni qəbul olunanlar isə ixtisas seçimi başa çatdıqdan sonra kredit üçün müraciət edə biləcəklər.

Bildirilib ki, magistraturaya qəbul olunmuş tələbələr portal.edu.az sistemi üzərindən qeydiyyat zamanı paralel olaraq e-ttkf.edu.az portalında təhsil tələbə krediti üçün də müraciət edə biləcəklər.

Fondun qaydalarına əsasən, standart təhsil tələbə kreditindən yararlanmaq üçün birinci tədris ilinin ilk semestri üzrə minimal qəbul göstəriciləri müəyyən edilib. Bu göstəricilər subbakalavrlar üçün 110 bal, bakalavriat üzrə 250 bal, magistratura üzrə 50 bal, SAT nəticələri ilə qəbul olunanlar üçün minimum 1200 bal, texniki və yüksək texniki peşə təhsili üzrə isə attestat qiymətlərinin orta göstəricisinin ən azı 3 olmasıdır. Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ayrıca minimal bal tələbləri tətbiq edilir.

Fond qeyd edib ki, minimal qəbul balı yalnız standart təhsil tələbə kreditlərinə aiddir. Sosial təhsil tələbə kreditləri üçün isə belə bir tələb nəzərdə tutulmur.

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol