• $
  • €
  • ₽
  • ₺
  • £

Sahibkarlardan 200 min manat rüşvət almaqda şübhəli bilinən iki vəzifəli şəxs həbs edilib

Sahibkarlardan 200 min manat rüşvət almaqda şübhəli bilinən iki vəzifəli şəxs həbs edilib
03.08.2026 12:52

Dövlət Vergi Xidmətinin (DVX) iki vəzifəli şəxsi sahibkarlardan vergi yoxlamasının keçirilməməsi və cərimə tətbiq edilməməsi müqabilində rüşvət almaqda ittiham edilərək həbs olunub.

Bu barədə Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin birgə məlumatında bildirilir.

Məlumata görə, Dövlət Vergi Xidmətindən daxil olmuş materiallar əsasında Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb və Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

İlkin istintaqla müəyyən edilib ki, DVX-nin Bakı şəhəri Operativ Vergi Nəzarəti və Uçotun Təşkili Baş İdarəsinin Sahə Təhkimçiliyi İdarəsinin rəis müavini Rüstəm Mirzəyev və həmin idarənin 4-cü şöbəsinin rəisi Kənan Məmmədov 2026-cı ilin may ayında Bakıda yerləşən ticarət mərkəzlərindən birində fəaliyyət göstərən çoxsaylı sahibkarlardan vergi yoxlamalarının aparılmaması, cərimələrin tətbiq edilməməsi və digər məqsədlərlə ümumilikdə 200 min manat rüşvət almaqda şübhəli bilinirlər.

Toplanmış sübutlar əsasında hər iki şəxsə Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.3-cü maddələri (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda rüşvət alma) ilə ittiham irəli sürülüb. Binəqədi Rayon Məhkəməsinin qərarı ilə onların barəsində həbs qətimkan tədbiri seçilib.

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol