• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan-Gürcüstan sərhədində dəmir yolu keçidi iki dəfə sürətlənəcək

Azərbaycan-Gürcüstan sərhədində dəmir yolu keçidi iki dəfə sürətlənəcək
03.08.2026 13:58

Azərbaycan və Gürcüstan dəmir yolu administrasiyaları sərhəd keçid prosedurlarının sadələşdirilməsi ilə bağlı razılığa gəlib. Yeni yanaşma nəticəsində yük qatarlarının sərhəddən keçid müddətinin iki dəfə azaldılması nəzərdə tutulur. Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib. 

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) beynəlxalq dəmir yolu daşımalarının inkişafı, tranzit imkanlarının genişləndirilməsi və sərhəd keçid prosedurlarının sürətləndirilməsi istiqamətində fəaliyyətini davam etdirir.

ADY-nin məlumatına görə, Böyük Kəsik stansiyasında Azərbaycan və Gürcüstanın dəmir yolu administrasiyalarının, eləcə də aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə beynəlxalq yük və sərnişin daşımalarının səmərəliliyinin artırılması, sərhəd keçidində vaxt itkisini yaradan amillərin aradan qaldırılması və rəqəmsal inteqrasiyanın genişləndirilməsi müzakirə olunub.

Görüş zamanı ADY ilə Gürcüstan Dəmir Yolları arasında qatarlar və yüklərlə bağlı məlumatların real vaxt rejimində elektron mübadiləsinin genişləndirilməsi, həmçinin gömrük orqanlarının informasiya sistemləri arasında inteqrasiyanın artırılması barədə qərarlar qəbul edilib.

Bundan əlavə, Bakı–Tbilisi marşrutu üzrə əlavə sərnişin reysinin təşkili, sərhəd və gömrük prosedurlarının sadələşdirilməsi, eləcə də nəzarət proseslərinin daha operativ həyata keçirilməsi məsələləri də müzakirə edilib.

Yükdaşımaların səmərəliliyinin artırılması məqsədilə keçirilən ayrıca işçi görüşdə ADY-yə məxsus elektrik lokomotivlərinin Böyük Kəsik–Tbilisi–Böyük Kəsik marşrutu üzrə qatar tərkibi ayrılmadan fasiləsiz işləməsi barədə razılıq əldə olunub.

Tərəflər vaqonlara texniki baxış prosedurlarının optimallaşdırılmasına da qərar veriblər. Yeni mexanizmə əsasən, Azərbaycan–Gürcüstan istiqamətində texniki baxış yalnız Böyük Kəsik stansiyasında, əks istiqamətdə isə Tbilisi qovşaq stansiyasında aparılacaq. Bu dəyişiklik yük qatarlarının sərhəddən keçid müddətini iki dəfə azaltmağa imkan verəcək. Bildirilib ki, yeni model artıq sınaqdan uğurla keçirilib.

ADY qeyd edib ki, son illər Böyük Kəsik istiqamətində həyata keçirilən infrastruktur layihələri nəticəsində sərhəd keçid məntəqəsinin ötürücülük qabiliyyəti artırılıb, dəmir yolu infrastrukturu yenilənib və rəqəmsal idarəetmə sistemləri tətbiq olunub.

Azərbaycan və Gürcüstan Orta Dəhlizin əsas iştirakçıları kimi Avropa ilə Asiyanı birləşdirən tranzit marşrutunun inkişafı istiqamətində əməkdaşlığı genişləndirirlər. Son illərdə hər iki ölkə sərhəd-keçid prosedurlarının sadələşdirilməsi, dəmir yolu infrastrukturunun modernləşdirilməsi və yükdaşımaların sürətləndirilməsi üçün birgə layihələr həyata keçirir. Yeni qərarın Orta Dəhliz üzrə tranzit vaxtını azaltmaqla marşrutun rəqabət qabiliyyətini artıracağı gözlənilir.

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol