• $
  • €
  • ₽
  • ₺
  • £

FHN qeyri-çimərlik ərazilərdə suda batanların sayını açıqlayıb

FHN qeyri-çimərlik ərazilərdə suda batanların sayını açıqlayıb
03.08.2026 15:49

2026-cı ildə Azərbaycanda çimərlik mövsümü başlayandan (iyunun 15-dən) qeyri-çimərlik ərazilərdə suda batan 40 nəfərin meyiti aşkarlanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin nəzarət etdiyi çimərliklərdə mövsüm başlayandan bu günə kimi ölüm faktı qeydə alınmayıb.

Xidmətin dalğıc-xilasediciləri tərəfindən qeyd olunan dövr ərzində suda boğulma təhlükəsi ilə üzləşən 55 nəfər xilas edilib.

Bundan başqa, nəzarətsiz qeyri-çimərlik ərazilərində suda batan 40 nəfərin meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.

"Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə, müraciət edərək, çimərlik kimi nəzərdə tutulmayan nəzarətsiz su hövzələrindən istifadə etməməyə çağırır", - məlumatda qeyd olunub.

Azərbaycanda suda boğulma və suya batma səbəbindən ölənlərin sayı 2025-ci ildə 2024-cü il ilə müqayisədə   126 nəfərdən 154 nəfərə kimi artıb.

Aytac

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol