• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda ötən ay maksimal temperatur 41 dərəcə olub

Azərbaycanda ötən ay maksimal temperatur 41 dərəcə olub
03.08.2026 17:32

Bu ilin iyul ayında Bakı və Abşeron yarımadasında havanın temperaturu iqlim norması ilə müqayisədə 27 gün normadan yuxarı (0–6 dərəcə), 2 gün normadan aşağı, 2 gün isə norma daxilində olub. Bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova bildirib.

Onun sözlərinə görə, orta aylıq temperatur 28 dərəcə isti olub ki, bu da iqlim normasından 1 dərəcə yuxarıdır:

"Bakı və Abşeron yarımadasında iyul ayında maksimal temperatur iyulun 26-da 40 dərəcə isti (Sumqayıt), bölgələrdə isə həmin gün 41 dərəcə isti (Ordubad) qeydə alınıb. Havanın minimal temperaturu Bakı və Abşeron yarımadasında iyulun 3 və 9-da 20 dərəcə isti (Maştağa və Sumqayıt), yüksək dağlıq ərazilərdə isə iyulun 2-də 4 dərəcə isti (Şahdağ) olub".

G.Abbasova qeyd edib ki, iyul ayının bəzi günlərində hava şəraiti fasilələrlə yağıntılı keçib, şimşək çaxıb, dolu düşüb:

"Bəzi yerlərdə yağıntılar intensiv və güclü olub. Ən çox yağıntı bölgələr üzrə aylıq normanın 324 faizi olmaqla Balakən-Şəki zonasına (Balakən – 250 mm), aylıq normanın 236 faizi olmaqla Mərkəzi Aran zonasına (Mingəçevir – 47 mm), aylıq normanın 144 faizi olmaqla Lənkəran-Astara zonasına (Lənkəran – 20 mm) və aylıq normanın 125 faizi olmaqla Bakı və Abşeron yarımadasına (Bakı – 3 mm) düşüb".

Xidmət rəisi bildirib ki, iyul ayı ərzində Laçın rayonunun Şəlvə, Qovuşuq və Vəlibəyli kəndlərində, Şuşa şəhərində və Kəlbəcər rayonunun İstisu qəsəbəsində dolu müşahidə olunub, ən iri dolu Kəlbəcər rayonunun İstisu qəsəbəsində qeydə alınıb və diametri 8–12 mm təşkil edib:

"İyul ayının bəzi günlərində küləkli hava şəraiti ilə əlaqədar 10 sarı və narıncı xəbərdarlıq verilib. Bakı və Abşeron yarımadasında 9 gün, bölgələrdə isə 21 gün küləkli hava şəraiti müşahidə olunub. Küləyin maksimal sürəti iyulun 27-də Bakı və Abşeron yarımadasında 28 m/s, bölgələrdə isə 23 m/s-ə çatıb."

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol