• $
  • €
  • ₽
  • ₺
  • £

ADY dəmir yolunun təhlükəsizlik zonasında görüləcək tədbirləri açıqlayıb

ADY dəmir yolunun təhlükəsizlik zonasında görüləcək tədbirləri açıqlayıb
04.08.2026 18:32

ADY dəmir yolunun təhlükəsizlik zonasında görüləcək tədbirləri açıqlayıb.

Bu barədə Azərbaycan Dəmir Yolları QSC-nin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası “Dəmir yolunun təhlükəsizlik zonasının müvəqqəti istismar Qaydaları”nı təsdiq edib:

"Bu Qaydalar “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsinə dair Tədbirlər Planı”nda nəzərdə tutulan Bakı – Xırdalan – Sumqayıt və Bakı – Pirşağı – Sumqayıt dəmiryol xətlərinin təkmilləşdirilməsini, Bakıxanov–Binə – Qala, Zabrat – Maştağa – Bağlar, Yeni Suraxanı – Hövsan və Güzdək – Qaradağ dəmiryol xətlərinin bərpası üzrə layihələrin icrasını təmin etmək məqsədilə dəmir yolunun təhlükəsizlik zonasının müvəqqəti istismar qaydalarını əhatə edir".

Bildirilib ki, qaydalara əsasən, dəmir yolunun təhlükəsizlik zonası dəmiryol xətlərinin oxlarının soluna və sağına xətt boyu 11 metr məsafədə xüsusi istifadə rejimi olan torpaq sahələrinə aid edilir.

Qeyd edilib ki, “Azərbaycan Dəmir Yolları” QSC (ADY) tərəfindən təhlükəsizlik zonası daxilində müvafiq dəmiryol xəttinin oxunun soluna və sağına xətt boyu 9 metr məsafədə yerləşən, hündürlüyü yer səthindən 2,20 metrdən çox olmayan qoruyucu çəpərlər və ya torlar quraşdırılacaq, həmçinin təhlükəsizlik zonasından insanların, nəqliyyat vasitələrinin və heyvanların təhlükəsiz keçməsi üçün avtomobil yolları ilə (küçələrlə) kəsişmələrdə dəmir yolu üzrə qatarların hərəkət tezlikləri və avtomobillərin hərəkət intensivlikləri nəzərə alınmaqla müxtəlif səviyyəli və yaxud qorunan xüsusi keçid yerləri təşkil ediləcək.

Eyni zamanda qeyd edilib ki, təhlükəsizlik zonasının mühafizəsini təşkil etmək üçün təhlükəsizlik zonası videomüşahidə vasitələri ilə təchiz ediləcək və 24/7 rejimində müşahidəsi həyata keçiriləcək.

Qaydalara əsasən, təhlükəsizlik zonasında digər təyinatlı qurğuların, bina və tikililərin yerləşdirilməsinə və tikilməsinə yol verilmir.

Qeyd edilib ki, sərnişinlərin, eləcə də dəmir yolu infrastrukturu ətrafında yaşayan yüz minlərlə insanın təhlükəsizliyinə xüsusi önəm verən ADY son illərdə dəmiryol infrastrukturunun modernləşdirilməsi və hərəkətin təhlükəsizliyinin artırılması istiqamətində genişmiqyaslı işlər aparılır. Bu məqsədlə mütəmadi maarifləndirmə tədbirləri, xüsusilə təhsil müəssisələrində görüşlər keçirilir, keçidlərdə infrastrukturun təkmilləşdirilməsi və yol nişanlarının yenilənməsi istiqamətində işlər davam etdirilir, həmçinin Abşeron dairəvi dəmir yolu marşrutu və Kürdəmir sahəsində 100 min metr uzunluğunda çəpərləmələr (dəmir torlar) həyata keçirilib

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol