• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan vətəndaşları İİV-lə bağlı testdən keçirilir

Azərbaycan vətəndaşları İİV-lə bağlı testdən keçirilir
28.11.2013 19:24
Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzi 22-29 noyabr tarixlərində Avropanın bütün ölkələrində ilk dəfə keçiriləcək “İİV müayinəsi ilə bağlı Avropa həftəliyi”nə qoşulub.Nazirlikdən APA-ya verilən xəbərə görə, ÜST-nin Avropa məkanında bütün dövlətlərini əhatə edəcək bu tədbir çərçivəsində və 1 dekabr Ümumdünya QİÇS-lə Mübarizə Günü ilə bağlı Respublika QİÇS-lə Mübarizə Mərkəzi Gənclər və idman Nazirliyi ilə birgə Bakı və regionlarda İİV -lə mübarizəyə dair silsilə profilaktik-maarifləndirmə tədbirləri keçirir. Ölkənin bir sıra ali və orta tədris müəssisələrində, ticarət, ictimai nəqliyyat və digər obyektlərində keçirilən aksiyalarda arzu edənlər İİV-lə bağlı testdən keçirilir. Əhaliyə İİV/QİÇS-in profilaktikası, sağlam və təhlükəsiz həyat tərzi normaları barədə broşür və bukletlər paylanılır, İİV-lə mübarizəyə dair video çarxlar nümayiş olunur. Tədbirlər Lənkəran Dövlət Humanitar kollecində və Lənkəran tibb Kollecində keçirilib. Analoji tədbirlər 28.11.2013-01.12.2013-cü il tarixlərində Astara Pedaqoji Kollecində, Bakı Metropolitenində, Park Bulvarda və Azərbaycan Dəmir Yollar QSC-də təşkil olunacaq.ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol