• $
  • €
  • ₽
  • ₺
  • £

Özəl bağçalarda yüksək təhsil haqqı müsabiqədə üstünlük verməyəcək

Özəl bağçalarda yüksək təhsil haqqı müsabiqədə üstünlük verməyəcək
05.08.2026 11:37

Daha yüksək təhsil haqqı müəyyən edən özəl məktəbəqədər təhsil müəssisələrinin dövlətin yeni maliyyələşmə modeli üzrə keçiriləcək müsabiqədə qalib gəlmək ehtimalı daha aşağı olacaq. Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktor müavini Vəfa Yaqublu jurnalistlərə bildirib.

Onun sözlərinə görə, müsabiqə zamanı əsas qiymətləndirmə meyarlarından biri maliyyə səmərəliliyi olacaq və bu meyar yüksək çəkiyə malikdir.

"Standart xidmətləri hansı məbləğə təklif etməsi nəzərə alınacaq. Buna görə də həddindən artıq yüksək təhsil haqqı müəyyən edən müəssisələrin qalib olmaq ehtimalı daha aşağı olacaq", - Yaqublu bildirib.

O əlavə edib ki, valideynlər müsabiqənin nəticələrini izləməli və qalib elan edilən müəssisələr arasından özlərinə uyğun bağçanı seçməlidirlər.

MÜTDA rəsmisinin sözlərinə görə, yeni maliyyələşmə modeli dövlət dəstəyi hesabına daha çox uşağın məktəbəqədər təhsilə cəlb olunmasını hədəfləyir. Bu çərçivədə maliyyələşmə illik deyil, aylıq əsasda həyata keçiriləcək və uşaqların davamiyyəti mütəmadi monitorinq olunacaq.

"Dövlət öz üzərinə düşən maliyyə payını hər ay ödəyəcək, valideynlər isə təhsil haqqını aylıq qaydada ödəməyə davam edəcəklər. Müqavilələr 10 aylıq dövrü əhatə edəcək. Yay aylarında davamiyyətin azalması nəzərə alınaraq bu müddət müəyyən edilib", - o qeyd edib.

Yaqublu bildirib ki, cari ildə yeni maliyyələşmə modeli çərçivəsində 8 min uşağın məktəbəqədər təhsilə cəlb edilməsi planlaşdırılır. Hazırda ölkədə 170-dən çox özəl məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir və bu il daha 10 yeni müəssisə qeydiyyata alınıb.

Azərbaycan hökuməti 2026-cı ildən özəl məktəbəqədər təhsil müəssisələrinin dövlət sifarişi əsasında maliyyələşdirilməsinə başlayıb. Yeni modelə əsasən, dövlət müəyyən sayda uşağın təhsil xərclərinin bir hissəsini qarşılayacaq, özəl bağçalar isə müsabiqə yolu ilə seçiləcək. Məqsəd məktəbəqədər təhsilin əhatə dairəsini genişləndirmək, özəl sektorun bu sahədə iştirakını artırmaq və dövlət dəstəyindən daha səmərəli istifadəni təmin etməkdir. Qiymətləndirmə zamanı xidmətin keyfiyyəti, müəssisənin fəaliyyəti və maliyyə səmərəliliyi əsas meyarlar kimi nəzərə alınacaq.

Gülnar Nazimqızı 

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol