• $
  • €
  • ₽
  • ₺
  • £

Ali Məhkəmənin hakimi Şahin Yusifov təqaüdə yola salınıb

Ali Məhkəmənin hakimi Şahin Yusifov təqaüdə yola salınıb
05.08.2026 13:10

Azərbaycan Ali Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Şahin Yusifov avqustun 5-də təqaüdə yola salınıb. Bu barədə Ali Məhkəmədən məlumat verilib.

Bildirilib ki, bununla əlaqədar keçirilən tədbirdə Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov çıxış edərək Şahin Yusifovun uzunillik fəaliyyətini yüksək qiymətləndirib.

Qeyd olunub ki, Şahin Yusifov uzun illər məhkəmə-hüquq sistemində müxtəlif məsul vəzifələrdə çalışıb. O, 2007-ci ildən Ali Məhkəmənin hakimi, 2010–2020-ci illərdə isə Ali Məhkəmənin Cinayət Kollegiyasının sədri vəzifəsində fəaliyyət göstərib.

İnam Kərimov vurğulayıb ki, Şahin Yusifov peşəkar hakim kimi məhkəmə sisteminin inkişafına, ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına və qanunun aliliyinin təmin edilməsinə mühüm töhfələr verib.

Tədbirdə bildirilib ki, onun fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilib və Prezident İlham Əliyevin sərəncamları ilə "Tərəqqi" medalı, həmçinin II dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Şahin Yusifov çıxışında göstərilən diqqətə və fəaliyyətinə verilən qiymətə görə təşəkkürünü bildirib, uzun illər ərzində qazandığı peşəkar təcrübəni və xatirələrini iştirakçılarla bölüşüb.

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol