• $
  • €
  • ₽
  • ₺
  • £

İpoteka Fondu Sarayda 204 yeni kirayə mənzil təqdim edir

İpoteka Fondu Sarayda 204 yeni kirayə mənzil təqdim edir
05.08.2026 14:21

 

İpoteka və Kredit Zəmanət Fondu satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Abşeron rayonunun Saray qəsəbəsində yerləşən 204 yeni tam təmirli mənzili vətəndaşların seçiminə təqdim edib.

Fondun məlumatına görə, mənzillər Saray qəsəbəsinin Məhəmməd Əsədov küçəsində yerləşir və 1, 2, 3 otaqlı olmaqla təklif olunur. Mənzillər üzrə aylıq ödənişlər 620 manatdan başlayır.

Bildirilib ki, yeni yaşayış sahələrinin seçimi avqustun 12-də saat 15:00-dan etibarən açıq olacaq.

Müraciətlərin qəbulu və mənzillərin seçimi Elektron Hökumət İnformasiya Sisteminə (e-gov.az) inteqrasiya edilmiş "Elektron ipoteka və kredit zəmanət" sistemi vasitəsilə həyata keçiriləcək.

Fond qeyd edib ki, müraciət prosesində təhlükəsizliyin və şəffaflığın təmin edilməsi məqsədilə yaşayış sahələrinin seçimi SİMA biometrik identifikasiya sistemi ilə aparılacaq.

İpoteka və Kredit Zəmanət Fondu 2019-cu ildən etibarən satmaq öhdəliyi ilə kirayə mexanizmini tətbiq edir. Bu mexanizm vətəndaşlara mənzili ilkin böyük ödəniş etmədən uzunmüddətli aylıq ödənişlərlə əldə etmək imkanı yaradır. Kirayə müddəti başa çatdıqdan və öhdəliklər tam yerinə yetirildikdən sonra yaşayış sahəsi kirayəçinin mülkiyyətinə keçir. Son illərdə Fond Bakı və Abşeron ərazisində bu mexanizm çərçivəsində minlərlə mənzili vətəndaşların istifadəsinə verib və yeni layihələr üzrə mənzillərin elektron qaydada seçim prosesini davam etdirir.

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol