• $
  • €
  • ₽
  • ₺
  • £

"Arzum"un cinayət işi təkrar ekspertizaya göndərilib

"Arzum"un cinayət işi təkrar ekspertizaya göndərilib
07.08.2026 14:09

Yol qəzasında bir nəfərin ölümü və digərinin xəsarət almasında təqsirləndirilən "Arzum" ləqəbli tiktoker İlduzə Hacıyeva apellyasiya şikayəti üzrə məhkəmənin ilkin baxış iclası keçirilib. 

Bakı Apellyasiya Məhkəməsinin hakimi Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə İlduzə Hacıyevanin vəkilləri Hikmət Əliyev və Fərid Həsənov hadisə yerindən Arzumun xəstəxanaya aparan İlham İbrahimovun əlavə şahid kimi ifadə verməsi ilə bağlı vəsatət verib və vəsatət təmin edilib.

Təqsirləndirilənin vəkillərinin sonuncu vəsatəti isə baş verən hadisə ilə bağlı yenidən kompleks ekspertizanın təyin edilməsi ilə bağlı olub.

İlkin ekspertiza zamanı araşdırılmayan xüsüsatların yenidən araşdırılması məqsədi ilə yenidən avtoekspertiza, videogörüntü ilə bağlı ekspertiza və trassaloji ekspertizanın yenidən keçirilməsi istənilib.

Müşavirədən sonra vəkillərin bu vəsatətləri də təmin edilib.

Məhkəmənin növbəti prosesi qeyri müəyyən vaxtadək təxirə salınıb.

Xəzər Rayon Məhkəməsinin hökmünə əsasən "Arzum" ləqəbli tiktoker İlduzə Hacıyeva 5 il 2 ay müddətinə azadlıqdan məhrum edilib.

Daha sonra Apellyasiya Məhkəməsində onun barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib. 

Hadisə 2025-ci ilin iyununda paytaxtın Xəzər rayonu, Mərdəkan qəsəbəsində qeydə alınıb. Qəza nəticəsində qarşı tərəfdən 1 nəfər ölüb, digəri isə ağır xəsarət alıb. 

"Arzum" ləqəbli tiktokerə qarşı Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması - ölümlə nəticələndikdə) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ittiham irəli sürülüb.

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol