• $
  • €
  • ₽
  • ₺
  • £

Heydər Əliyev Mərkəzi ətrafındakı binalar sökülür

Heydər Əliyev Mərkəzi ətrafındakı binalar sökülür
28.11.2013 13:35

Nərimanov rayonunda köhnə binaların sökülməsinə start verilir. 

Paytaxtın Nərimanov rayonunda, Heydər Əliyev prospektinin Heydər Əliyev Mərkəzi ilə “Saatlı bina” adı ilə tanınan bina arasındakı 6 bina söküləcək.   

Həmin binalarda yaşayan sakinlərin “Axar.az”a bildirdiyinə görə, onlara evlərindən çıxmaq üçün dekabrın 15-nə qədər vaxt verilib:   “Bizə deyirlər ki, bu köhnə binaları söküb, yerində 7 mərtəbəli binalar tikəcəklər. Bu binalardakı əhali artıq başqa yerlərdə kirayə ev axtarır. Hamının kirayə pulunu da dövlət qarşılayacaq. Elə adam var ki, ona 300 manat, elələri də var ki, 400-500 manat verəcəklər. Deyirlər, iki il kirayə oturandan sonra burda tikiləcək binalardan mənzilimizi verəcəklər. Biz də razılaşmışıq”, – deyə, sakinlər bildirib.   Sakinlər onu da bildiriblər ki, arzusunda olan şəxs evini hər kvadrat metrinə görə 1500 manatdan sata da bilər:   “Burda heç kim evini satmaq istəmir. Şəhərin ən yaxşı yerlərindən biridir. Hamı 2 il başqa yerdə yaşayacaq, binalar tikilən kimi daha geniş evlərə geri qayıdacaq. Bu bizə sərf edir”.   Məlumat üçün bildirək ki, bu binalar 3 və 4 mərtəbəlidir. Böyüklüyündən asılı olaraq, həmin binalarda 30, 45, 60 və daha çox ailə yaşayır.   Binaların sökülməsinə gələn ilin əvvəlindən başlanılması gözlənilir. Tikinti işlərinin isə 2015-ci ildə Bakıda keçiriləcək “Avropa Oyunları”na qədər yekunlaşacağı bildirilib.   Qeyd edək ki, həmin binaların fasadı 3 il öncə yüksək səviyyədə təmir olunsa da, binalar “xruşşovka”lardır və artıq öz ömürlərini vbaşa vurublar. Ötən il həmin sıradakı köhnə “xruşşovka”lardan biri söküldü, sakinlər yaxınlıqdakı yeni tikiliyə köçürüldülər. Əvəzində isə sakinlərin ürəyincə olan yaşıllıq ərazisi daha da genişləndirildi.

ANN.Az

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol