• $
  • €
  • ₽
  • ₺
  • £

AYNA: Bakıda mikromobillik vasitələri 7 milyon dəfəyə yaxın sifariş olunub

AYNA: Bakıda mikromobillik vasitələri 7 milyon dəfəyə yaxın sifariş olunub
10.08.2026 10:42

Son iki ildə Bakıda mikromobillik infrastrukturunun qurulmasına başlanıldığı vaxtdan velosiped və elektrikli skuterlər 6,9 milyon dəfədən çox sifariş olunub.

Bu barədə  Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilib ki, bu müddətdə istifadəçilər 18 milyon km-ə yaxın məsafə qət ediblər. Statistika yalnız kirayə xidmətlərini əks etdirir, şəxsi velosiped və skuterlərdən istifadə bu göstəricilərə daxil deyil.

Bu ilin 7 ayı ərzində isə kirayə xidmətində olan velosiped və skuterlər 2 297 405 dəfə sifariş olunub. Yanvar-iyul aylarında mikromobillik vasitələrindən istifadəçi sayı 1 160 228 nəfər olub və ümumilikdə 4 918 839 km məsafə qət edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həm sifariş, həm də istifadəçi sayında 1,2 dəfə artım deməkdir.

İnfrastrukturun genişləndirilməsi istifadəçi sayının artmasına da müsbət təsir göstərir. Hazırda paytaxtda mikromobillik zolaqlarının uzunluğu 66,6 km-ə çatdırılıb. "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"na uyğun olaraq mikromobillik zolaqlarının uzunluğunun 100 km-ə çatdırılması nəzərdə tutulur.

Son 2 ildə əldə olunan nəticələr göstərir ki, Bakıda mikromobillik artıq alternativ nəqliyyat vasitəsi olmaqdan çıxaraq şəhərin müasir və dayanıqlı nəqliyyat sisteminin mühüm hissəsinə çevrilir. Mikromobilliyin inkişafı qısa məsafələr üzrə daha rahat və çevik hərəkət imkanı yaradır, nəqliyyat sıxlığının və karbon emissiyalarının azalmasına, ictimai nəqliyyata əlçatanlığın artmasına töhfə verir.

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol