• $
  • €
  • ₽
  • ₺
  • £

Səhiyyə Nazirliyi lisenziyasız kosmetoloqla bağlı Baş Prokurorluğa müraciət edib

Səhiyyə Nazirliyi lisenziyasız kosmetoloqla bağlı Baş Prokurorluğa müraciət edib
10.08.2026 11:24

Səhiyyə Nazirliyi lisenziya olmadan kosmetoloji fəaliyyət göstərdiyi müəyyən edilən fərdi sahibkar Elnarə Canlı ilə bağlı Baş Prokurorluğa müraciət edib. Bu barədə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi (AEM) məlumat yayıb.

Məlumata görə, Elnarə Canlının fəaliyyəti ilə bağlı vətəndaş müraciətləri və mediada yayılan məlumatlar əsasında AEM tərəfindən bir neçə dəfə araşdırma və plandankənar yoxlama keçirilib.

İlk yoxlama 8 may 2025-ci ildə Bakı şəhərinin Yasamal rayonunda aparılıb. Yoxlama zamanı sahibkarın lisenziya tələb olunan özəl tibb fəaliyyəti, o cümlədən kosmetoloji xidmətləri müvafiq lisenziya olmadan göstərdiyi müəyyən edilib.

Bununla əlaqədar İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə göndərilib.

AEM daha sonra 22 dekabr 2025-ci il və 20 fevral 2026-cı ildə həmin şəxsin fəaliyyəti ilə bağlı daha iki plandankənar yoxlama keçirib. Hər iki yoxlama zamanı inzibati məsuliyyət yaradan pozuntular müəyyən edilib və yeni protokollar tərtib olunub.

Mərkəzin məlumatına görə, görülən inzibati tədbirlərə baxmayaraq, Elnarə Canlının lisenziya olmadan kosmetoloji fəaliyyətini davam etdirdiyi müəyyən edilib.

Bununla əlaqədar Səhiyyə Nazirliyi onun fəaliyyətinin dayandırılması istiqamətində əlavə hüquqi tədbirlərin görülməsi üçün 13 mart 2026-cı ildə Baş Prokurorluğa müraciət edib.

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol