• $
  • €
  • ₽
  • ₺
  • £

Çirk gəldiyini görsəm, əlillik verəcəyəm - Vətəndaş həkimdən şikayətləndi

Çirk gəldiyini görsəm, əlillik verəcəyəm - Vətəndaş həkimdən şikayətləndi
10.08.2026 12:35

Sabirabad rayon sakini, 1983-cü il təvəllüdlü Əsədov Anar Müzəffər oğlu 17 ildir aldığı əlillik təyinatının ləğv edilməsindən şikayətlənib.

Anar Əsədov Anews.az-a bildirib ki, ayağında implant var və uzun müddətdir səhhəti ilə bağlı ciddi problemlər yaşayır.

“Ayağımda implant var. Davamlı olaraq ayağımdan çirk gəlir. Bununla bağlı 14 dəfə əməliyyat olunmuşam. Əməliyyatdan sonra bir müddət çirk dayanır, daha sonra yenidən başlayır. Bir neçə gün əvvəl Əlillərin Bərpa Mərkəzində olmuşam. Yoxlanış zamanı həkim mənə dedi ki, ayağını yardır. Oradan çirk gəldiyini görsəm, sənə yenidən əlillik təyin edəcəyəm. Məni MRT müayinəsinə də göndərmirlər. 17 ildir əziyyət çəkirəm. Nə otura bilirəm, nə də normal gəzə bilirəm. Sadəcə istəyirəm ki, işimə ədalətli qərar verilsin”, –  şikayətçi bildirib.

Məsələ ilə bağlı Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin müdiri Tural Qurbanov Anews.az-a açıqlamasında bildirib ki, Anar Əsədovun əlillik vəziyyəti həm elektron sistem üzərindən, həm də əyani müayinə zamanı qiymətləndirilib.

Onun sözlərinə görə, vətəndaşın səhhəti 2026-cı il avqustun 4-də Agentliyin həkim-eksperti tərəfindən əyani baxış zamanı da qiymətləndirilib.

“Sabirabad rayon sakini, 1983-cü il təvəllüdlü Əsədov Anar Müzəffər oğlunun əlilliyi həm elektron sistem üzərindən, həm də 04.08.2026-cı il tarixdə Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin həkim-eksperti tərəfindən əyani baxış zamanı qiymətləndirilib.

Müayinə zamanı vətəndaşın hazırkı sağlamlıq vəziyyətinin əlillik təyinatına əsas vermədiyi müəyyən edilib.

Bu səbəbdən qanunvericiliyə uyğun olaraq “diaqnozun əlillik əlaməti təyin etməməsi” barədə qərar verilib.

Şəxsin özünə də bu barədə məlumat verilib”, – Tural Qurbanov bildirib.

 

Gülnar Nazimqızı 

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol