• $
  • €
  • ₽
  • ₺
  • £

Bu müəllimlərin seçimi üzrə müsahibələr davam edir

Bu müəllimlərin seçimi üzrə müsahibələr davam edir
10.08.2026 13:18

Yeni təmayül tədris modelinin tətbiq olunduğu ümumtəhsil müəssisələrində fəaliyyət göstərmək istəyən müəllimlərin seçimi üzrə müsahibələr davam edir.

Bu barədə  Bakı Şəhər Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib. Bildirilib ki, ilkin mərhələdə müsahibələrə yeni təmayül tədris modelinin tətbiq olunduğu ümumtəhsil müəssisələrində çalışan müəllimlər SMS vasitəsilə dəvət olunurlar.

Hazırda Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, tarix, coğrafiya, ingilis dili, fizika, kimya, biologiya və informatika fənləri üzrə müəllimlərin müsahibələri keçirilir. Müsahibələr zamanı namizədlərin peşəkar bilik və bacarıqları, pedaqoji fəaliyyət göstəriciləri, eləcə də tədrisin keyfiyyətinə təsir edən digər meyarlar üzrə səriştələri müvafiq komissiyalar tərəfindən qiymətləndirilir.

Müsahibə mərhələsini uğurla başa vuran müəllimlərə nəticə barədə SMS vasitəsilə məlumat veriləcək.

BŞTİ tabeliyində fəaliyyət göstərən tam orta ümumtəhsil müəssisələrinin X-XI siniflərində tətbiq edilən yeni təmayül tədris modeli üzrə şagird və müəllimlərin qeydiyyatı da davam edir. İndiyədək qabaqcıl pedaqoji təcrübəyə malik 5 mindən çox müəllim müsahibə mərhələsində iştirak etmək üçün müraciət edib.

Yeni təmayül tədris modeli tam orta təhsil səviyyəsində məktəbin akademik rolunun gücləndirilməsi, şagirdlərin ali təhsilə hazırlığının məktəb daxilində daha səmərəli təşkili, eləcə də onların maraq və qabiliyyətlərinə uyğun istiqamətlər üzrə inkişafının dəstəklənməsi məqsədi daşıyır.

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol