• $
  • €
  • ₽
  • ₺
  • £

Beynəlxalq kibercinayətkar şəbəkələrin Azərbaycana qarşı qanunsuz əməllərinin qarşısı alınır - DTX

Beynəlxalq kibercinayətkar şəbəkələrin Azərbaycana qarşı qanunsuz əməllərinin qarşısı alınır - DTX
10.08.2026 19:19

Xarici vətəndaşların rəhbərlik etdiyi bu şəbəkələr xüsusi kompüter proqramları vasitəsilə dövlət qurumlarının, eləcə də müəssisə və təşkilatların rəsmi internet səhifələrindən əməkdaşların əlaqə nömrələrini kütləvi şəkildə əldə etməklə, həmin nömrələrə müvafiq qurumun rəhbər şəxslərinin fotoşəkillərindən istifadə edərək yaradılmış saxta hesablardan "WhatsApp" tətbiqi vasitəsilə guya "təcili" xarakterli mesajlar göndərilir və hüquq-mühafizə orqanları adından fəaliyyət göstərən digər saxta hesaba yönəldilməklə xarici hesablara pul vəsaitinin köçürülməsi barədə və ya digər tapşırıqlar verilir.Bu barədə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) məlumat yayıb.

Mövcud faktlar üzrə başlanılmış əməliyyat-istintaq tədbirləri çərçivəsində qeyd olunan cinayət əməllərinin bəzi iştirakçıları müəyyən edilib, barələrində beynəlxalq hüquqi prosedur tədbirləri başladılıb. Bundan əlavə, xarici dövlətlərin aidiyyəti orqanları, habelə müvafiq sosial şəbəkə və platformaların aid olduğu beynəlxalq texnologiya şirkətlərinin təhlükəsizlik bölmələri və platforma operatorları ilə birgə cinayətkar şəbəkə üzvlərinin tam ifşa olunması istiqamətində kompleks tədbirlər davam etdirilir.

"İnformasiya texnologiyalarının inkişafının geniş sui-istifadə imkanları ilə müşayiət olunduğu bir vaxtda Azərbaycan Respublikasının vətəndaşları sosial şəbəkələr və ani mesajlaşma platformaları üzərindən cinayətkar məqsədlə qurulan şübhəli əlaqələrə qarşı sayıqlıq nümayiş etdirməli, dövlət orqanlarını vaxtında məlumatlandırmalıdırlar", - DTX-nin məlumatında vurğulanıb.

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol