• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda taxıl yığımında 6,2% artım olub

Azərbaycanda taxıl yığımında 6,2% artım olub
11.08.2026 12:11

Azərbaycanda payızlıq və yazlıq dənli və dənli-paxlalı bitkilər üzrə nəzərdə tutulan sahələrin 93%-də biçin aparılıb və 3 milyon 131,9 min ton məhsul yığılıb. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib. 

Biçilməsi nəzərdə tutulan 994,9 min hektar sahənin 925,1 min hektarı artıq biçilib. Orta məhsuldarlıq hər hektardan 33,9 sentner təşkil edib.

Yığılan məhsulun 1 milyon 561,2 min tonu arpanın, 1 milyon 534,8 min tonu buğdanın, 35,9 min tonu isə digər dənli və dənli-paxlalı bitkilərin payına düşüb.

Gülnar Nazimqızı 

Ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi taxıl yığımı 6,2% artıb. Artım əsasən arpa istehsalının 15,9% yüksəlməsi ilə bağlıdır. Buğda yığımı isə 2,1% azalıb.

Buğda üzrə məhsul yığımının azalmasına biçin aparılan sahənin əvvəlki illə müqayisədə kiçilməsi təsir edib. Belə ki, avqustun 3-dək 420,7 min hektar buğda sahəsi biçilib. 2025-ci ilin avqustun 5-nə bu göstərici 466,9 min hektar olub. Bununla yanaşı, buğdanın məhsuldarlığı artıb: hər hektardan orta məhsuldarlıq 33,6 sentnerdən 36,5 sentnerə yüksəlib.

Biçin 13 şəhər və rayonda tam başa çatıb, digər 30 rayonda isə nəzərdə tutulan sahələrin 90%-dən çoxunda işlər görülüb.

Ən çox taxıl məhsulu Cəlilabad rayonunda – 298,8 min ton, Şəkidə – 186,7 min ton, Ağcabədidə – 167,2 min ton, Füzulidə – 141,1 min ton, Kürdəmirdə – 127,5 min ton və Neftçalada – 109,6 min ton toplanıb.

Məhsuldarlıq baxımından isə Ağcabədi hər hektardan 45,5 sentnerlə ilk sıradadır. Onu Tovuz (45,3 sentner), Bərdə (45,2 sentner) və Sabirabad (43,9 sentner) rayonları izləyir.

Gülnar Nazimqızı 

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol