• $
  • €
  • ₽
  • ₺
  • £

Aeroportda azərbaycanlının 2 milyon dolları oğurlandı

Aeroportda azərbaycanlının 2 milyon dolları oğurlandı
28.11.2013 10:50
Rusiyanın paytaxtı Moskvada “Şeremetovo” hava limanında azərbaycanlı qarət olunub. ANS PRESS-in mk.ru-ya istinadən verdiyi məlumata görə, İstanbuldan Pervoprestolnıy şəhərinə uçan 31 yaşlı Azərbaycan vətəndaşı Zaur Qədimovdan 2 milyon 700 min dollar pul oğurlanıb. Z.Qədimov gömrükdən qanuni şəkildə 2700000 dollar nəqd pul keçirmək istəyib. Əvvəlcədən təhlükəsizliyi nəzərə alaraq, o,özəl şirkətdən üç mühafizəçi də sifariş edib. Mühafizəçilər onu “Şeremetovo” hava limanında qarşılamalı idilər. Təyyarə 06.05-də eniş edib. Z.Qədimov içərisində 2700000 dollar olan çantanı əlinə götürüb və həmin şəxslərə yaxınlaşan zaman 6 nəfər maskalı şəxs onlara hücum edib. Maskalılar onları avtomatla hədələyərək çantanı alıblar. Daha sonra maskalı şəxslər Qədimovu və mühafizəçiləri hava limanından "Qazel" markalı avtomobilə mindiriblər və şlaqbaumda düşürərək aradan çıxıblar. Mühafizəçilər baş verənlər barədə polisə məlumat veriblər. Polis faktla bağlı araşdırma aparır. Qarətin özəl mühafizə dəstəsinin əməkdaşları tərəfindən törədilə biləcəyi də istisna edilmir. Xatırladaq ki, “Şeremetovo” aeroportunda noyabr ayında artıq ikinci dəfədir ki, külli-miqdarda pul oğurluğu baş verib. 13 noyabrda da 38 yaşlı Bişkek vətəndaşından 1 milyon 600 min dollar pul oğurlanmışdı.ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol