• $
  • €
  • ₽
  • ₺
  • £

Keçmiş deputatın və vəkilin “kola biznesi”ndə aldadıldığı deyilir - açıqlama

Keçmiş deputatın və vəkilin “kola biznesi”ndə aldadıldığı deyilir - açıqlama
12.08.2026 15:41

Keçmiş deputat Elşad Mirbəşiroğlu Rusiyada biznes qurmaq məqsədilə verdiyi 50 min manatın mənimsənildiyini bildirərək hüquq-mühafizə orqanlarına müraciət etdiyi deyilir. Bu barədə Qafqazinfo məlumat yayıb. 

Saytın məlumatına görə, Mirbəşiroğlu Moskvada “Futcity” bazarında buzlu kola satışı biznesinin təşkili üçün logistika sahəsində çalışan Gülnar Soltanovaya 50 min manat verib. Lakin iddiaya əsasən, nəzərdə tutulan biznes qurulmayıb və vəsait də geri qaytarılmayıb.


Eyni iş üzrə digər zərərçəkmiş Vəkillər Kollegiyasının üzvü Nizami İbrahimovdur. Məlumata görə, o, eyni biznes layihəsi üçün Soltanovaya 210 min manat verdiyini bildirib.

Zərərçəkmişlərin müraciətləri əsasında aparılan araşdırmadan sonra Gülnar Soltanova cinayət məsuliyyətinə cəlb edilib. Ona Azərbaycan Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb və barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.

İş üzrə ibtidai istintaq davam edir. Soltanovanın ittihamlara münasibəti hələlik məlum deyil.

Elşad Mirbəşiroğlu Anews.az-a açıqlamasında yayılan məlumatları təkzib edib. O, bu məlumatların həqiqətə uyğun olmadığını bildirib.

Nizami İbrahimov isə Anews.az-ın məsələ ilə bağlı müsahibə verməyəcəyini açıqlayıb. 

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol